Mobil versiya
“Şeyx şöbə müdirlərini topladı - Foto
Tarix: 13-02-2016 | Saat: 23:10
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin dini qurumlarla işin təşkilatçıları olan müavinləri ilə geniş tərkibdə görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə idarənin Qazılar Şurasının üzvləri, habelə yerlərdəki səlahiyyətli nümayəndələri, axundlar, imamlar iştirak ediblər.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin təkmilləşdirilməsi kurslarının uğurları, din xadimlərinin xütbə və moizələrinin keyfiyyətinin artırılması istiqamətində QMİ tərəfindən atılan addımlar, Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi yönündə görülən işlər barədə toplantı iştirakçılarını məlumatlandırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni yaradılmış təsisat təmsilçilərinə ənənəvi islami dəyərlərin qorunub saxlanılmasında uğurlar diləyib, din xadimlərinə QMİ-nin Nizamnaməsində əksini tapan səlahiyyət və vəzifələrini daha artıq səylə gerçəkləşdirmələrini tövsiyə edib.

Sonda toplantı iştirakçılarını maraqlandıran suallara cavab verilib, onlara müqəddəs Qurani-Kərim nüsxələri hədiyyə edilib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024