“Hindistanlıların Şəhidlər Xiyabanında çəkdiyi video 3 il əvvələ aiddir” – Nazirlik
Tarix: 14-01-2020 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bir müddət öncə sosial şəbəkələrdə hindistanlı gənclərin musiqi sədaları altında Şəhidlər Xiyabanında kilip çəkdirməsi ilə bağlı görünütülər yayılmışdı.
Əcnəbilərin bu addımı Azərbaycanda ciddi narazılıqla qarşılanmış, hətta, siyasi xadimlər də məsələyə sərt reaksiya verərək görüntülərdəki şəxslərin deportasiyasını təklif etmişdi. Modern.az-ın əməkdaşı qalmaqallı video ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.
DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov videogörüntülərin geniş ictimai rezonans doğurmasına görə məsələyə dərhal reaksiya verildiyini söyləyib.
Nazirlik rəsmisi araşdırma zamanı kadrlardakı Hindistan vətəndaşlarının həmin klipi 3 il öncə çəkdiklərini müəyyən edib.
“Məsələ ilə bağlı Bakı şəhər Baş Polis idarəsi məlumat yaymışdı. Video sosial şəbəklərdə yayıldıqdan sonra Səbail rayon Polis idarəsində araşdırılma aparıldı. Məlum oldu ki, bu video 3 il əvvəl çəkilib. Görüntülərdəki vətəndaşlar da, xarici ölkə vətəndaşlarıdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-03-2025
28-02-2025