Mobil versiya
İlham Əliyev serbiyalı həmkarını təbrik etdi
Tarix: 13-02-2016 | Saat: 20:24
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


“Əmin-amanlıq və tərəqqi arzulayıram”.

Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Tomislav Nikoliçə bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanlayıb.

Aia.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024