Mobil versiya
Rauf Arifoğlu: “Facebookda seçki keçirib, məni məğlub edirlər”
Tarix: 30-12-2019 | Saat: 09:55
Bölmə:Siyasət | çapa göndər

Rauf Arifoğlu:


Seçki startımız möhtəşəm gedir. Rəqiblərim tarazlığı itirib və əlacsız qalıb, mənə qarşı qara piarı şiddətləndirib. Özlərinin yazmağa bir sözü yoxdur, doğma oğlundan imtina etmiş, ağlını və Allahını şaşırmış, işlədiyi dövrdə onlarla şəhidin qanını batırmış, milli xəyanətkar Səfər Əbiyevin nökəri olmuş bir yaramazın yazısını paylaşıb, bununla təsəlli tapırlar. Gah da Facebookda seçki keçirdib, məni məğlub edirlər. Sanki 35-ci dairə Facebookda yerləşir.



Ümumiyyətlə, əksər müxalifət liderləri tam virtual dünyaya transfer olublar. Burada minlərlə like yığa bilirlər. Amma küçəyə, meydana çıxanda, ətrafları bom boş olur. Mən qısa müddətə ortaya iş qoydum, komanda qoydum, vitrin qoydum. Bunların da vitrini Eldar Sabiroğlu imiş. Bu seçkini 5 min səs fərqi ilə udacam! 35-ci dairədə! Buna söz verirəm. Feysdəki bütün qələbələr sizin olsun. Kimsəni də kişi kimi mübarizəyə səsləmirəm. Çünki qarşımdakıların kim olduğunu artıq bilirəm. Bir dəstə Eldar Sabiroğlu. Başlarında da elə Eldar Sabiroğlu! Mən bu dairəyə ərizəmi verəndə də belə idi, indi də belədir! Məni Sovet ordusundan yayınmaqda suçlayan birisinə qoşulub, haqqıma, əməyimə və vətən uğrunda, Azərbaycan uğrunda savaşıma dil uzadanlarla da işim yoxdur. Yalançı veteranlar, saxta döyüşçülər öz yalanlarına elə inanıblar ki, bu fırıldaqlarının bircə zərbəmlə darmadağın olacağını unudublar. Paylaşmalı elə şeylər var ki, paylaşsaq, fələklərini şaşırarlar... Təkcə türmə gündəliklərimdən ikicə vərəq paylaşımmı?



Amma niyə ki? Gül kimi seçkimiz gedir. Arı kimi çalışırıq! Xalq bizi qucaqlayır! Göyə çıxsalar da, qələbə mənimdir. Ümumiyyətlə, o düşərgədə mənə ayaq uyduracaq, nəfəs çatdıracaq kimsə yoxdur! Kimsə! Bunların hamısı bir zamanlar mənə, mənim media gücümə görə böyük görünürdülər. İndi arxalarından çəkilmişəm, fərq gördüyünüz miskin mənzərədir! Eldar Sabiroğlunun yazısının ÜMİDİnə qalıblar! İndi isə döyüş yoldaşlarımla çəkdirdiyim bir fotonu paylaşıram. 29 il fərqlə, bu bizik! Ölkədə milli ordu yox idi, könüllü dəstələr qurduq, milli qəzet yox idi, qəzet qurduq, Müsavat mühacirətə qovulmuşdu, Yeni Müsavat qurduq! Quracağıq! Davam edəcəyik. Bu yazıdan sonra, məcbur qalmasam, kimsəyə də cavab verməyəcəm, Seçki Qərargahımı, yazarlarımı da təmkinə dəvət edirəm! Bizim belə şeylərə vaxtımız yoxdur! Ölkədə seçki gedir! 35-ci dairə Azərbaycandır!


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024