Mobil versiya
“Baku Medical Plaza” – yeni texnologiyaların tətbiqi davam edir
Tarix: 28-12-2019 | Saat: 11:47
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

“Baku Medical Plaza” – yeni texnologiyaların tətbiqi davam edir




Ötən illərdə olduğu kimi, bu il BMP-nın filial və şöbələrində bir sıra yeniliklərə imza atılmış, vacib nailiyyətlər əldə edilmişdir

Saytımızın ötən saylarında dərc etdiyimiz yazılarda biz Azərbaycanın aparıcı tibb müəssisələrindən biri olan “Baku Medical Plaza” klinikalar şəbəkəsi barədə ətraflı söhbət açmışdıq. Bu günkü materialda da biz mövzunu davam etdirərək, bu qabaqcıl müəssisənin fəaliyyəti, ötən müddət ərzində əldə olunmuş nailiyyətlərdən və tətbiq edilən yeniliklərdən bəziləri barədə oxucularımıza məlumat vermək istəyirik.

Ginekoloji əməliyyatların açıq üsulla icra olunması artıq keçmişdə qaldı

Ginekoloji əməliyyatların açıq üsulla - qarına kəsik ataraq icra olunması artıq keçmişdə qaldı. Müasir dövrümüzün tələbi bu əməliyyatların Laparoskopik (qapalı) yolla icra edilməsidir. Əvvəllər açıq üsulla, böyük kəsiklərdən icra edilən klassik əməliyyatlar - yumurtalıq kistaları, miomalar, uşaqlığın, yumurtalıqların alınması, boruların açılması, endometrioz və s. bu kimi əməliyyatlar bu işin təhsilini almış, müasir həkimlər tərəfindən Laparoskopik yolla 1 sm, 0,5 sm-lik kiçik dəliklərdən icra olunmaqdadır. İnkişaf etmiş ölkələrdə qadın xəstəliklərindən əməliyyat olan hər 10 qadından 8-nə Laparoskopik (qapalı) əməliyyat tətbiq edilir.

Ən az kəsiklə ən böyük əməliyyatların icra edilməsinə imkan yaradan laparoskopik cərrahiyyənin xəstələrə bir çox faydaları vardır. Açıq əməliyyatlarla müqayisədə əməliyyat sonrası sağalma müddətinin qısa olması, xəstəxanada sadəcə 1 gün yatışın yetərli olması, kosmetik problem yaratmaması (göbək içərisində qalan 1 sm-lik və yanlardan 0,5 sm-lik kiçik dəliklərdən icra olunduğu üçün) əməliyyat sırasında qan itkisinin minimal olması, qonşu orqanlara travma olmaması, infeksiya riskinin az olması, əməliyyat sonrası bitişmələrin, ağrının olmaması laparoskopik əməliyyatların üstünlüklərindəndir. Qarın boşluğu bu əməliyyatlar icra edilərkən karbon 2 oksid qazı ilə çadır kimi şişirilir. Buna görə də orqanlar zərər görmür və optik kamera ilə ən kiçik damarlara qədər aydın görüntüləmə əldə edilir. Laparoskopik əməliyyatlar bu üstünlüklərinə görə “xəstə dostu” əməliyyatlar sayılır. Açıq əməliyyat sonrası yatağa bağlı qalan xəstələr qapalı əməliyyatlardan 1 gün sonra heç əməliyyat olmamış kimi evə yazılır. Böyük ölçülü, hətta qarın boşluğunu 20-25 həftəlik hamiləlik qədər böyüdə bilən kütlələr, miomalar, kistalar, patoloji uşaqlıq borularının kiçik dəliklərdən çıxarıla bilməsi müasir ginekologiyanın nailiyyətlərindəndir və bu metodla əməliyyatların ölkəmizdə də uğurla icra olunması sevindirici haldır. Artıq bu cür yüksək standartlara cavab verən sağlıq xidməti üçün xarici ölkələrə üz tutmağa ehtiyac yoxdur.

Uşaqlıq boyu xərçəngini 2 il tez aşkarlamaq mümkündür

İnkişaf etmiş ölkələrdə uşaqlıq boyu xərçəngindən ölüm riski 8-ci sırada, inkişafda olan ölkələrdə isə 2-ci sıradadır. İnkişaf etmiş ölkələrdə uşaqlıq boyu müayinəsinin mütəmadi olaraq aparılması ölüm riskinin qarşısını alır. Bunu qadın xəstəlikləri və doğum uzmanı Olcay Turgut “LuViva” cihazı haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda yalnız “Baku Medical Plaza”da tətbiq edilən bu yeni texnologiya sayəsində dünyada ən çox yayılmış uşaqlıq boyu xərçəngini 2 ilə qədər daha erkən aşkarlamaq mümkündür. Normalda 70 faiz nəticə verən testlərdən fərqli olaraq LuViva 99 faiz nəticə verir. Bunun üçün 10-15 gün gözləməyə də ehtiyac yoxdur. LuViva eyni anda (1 dəqiqəyə ) nəticə verir. Qeyri-invaziv, ağrısız və sürətli bir üsuldur. LuViva endoserviks deyilən uşaqlıq boynundan uşaqlıq yoluna gedən hüceyrələri dəyərləndirir və buradan xərçəng hüceyrələrini təsbit edir.
LuVivanın istifadəsində əsas kritik nöqtə onun məhz hansı qadınlara tətbiq olunması ilə bağlıdır. Məqsəd xəstəlik yaranmadan onu aşkar etmək olduğu üçün hər qadın evləndikdən sonra 2 ildən bir bu testi etdirməlidir. Bizim məqsədimiz xərçəngə çevrilə biləcək hüceyrələri erkən mərhələdə müəyyənləşdirərək xəstəliyi əngəlləməkdir.

Bu ürək əməliyyatı Azərbaycanda ilk dəfə edildi

Bu ilin yaya aylarında “Baku Medical Plaza”da Azərbaycanda ilk dəfə ağır ürək əməliyyatı uğurla həyata keçirilib. Əməliyyatı həyata keçirən T.e.n. Dr. Üzeyir Rəhimov bu əməliyyatın Azərbaycan səhiyyəsində bir ilk olduğunu deyib. Həkimin sözlərinə görə, insan yaşadıqca qocalıqla bağlı problemlər meydana gəlir. Bunlardan biri ürəyin qapaq xəstəlikləridir: “Xüsusilə yaşlı insanlarda sol mədəciklə ürəkdən çıxan və qanı bütün orqanlara paylayan aorta arasındakı aorta qapaqlarıdır. Bu cür yaşlı insanların həm ümumi vəziyyəti, həm yanaşı xəstəlikləri, həm də daha əvvəllər döş qəfəsi əməliyyatı olunduğu üçün açıq ürək əməliyyatı çox riskli olur. Avropa bu problemi həll etmək üçün 10 ildən artıq müddətdir ki, qapalı yolla, yəni ayaqdakı damardan girərək biyoprotez adlanan qapaqlar yerləşdirir (TAVİ əməliyyatı). Bu əməliyyat artıq bir neçə ildir ki, ölkəmizdə də uğurla icra olunur”. Ü.Rəhimov bildirib ki, qulaqcıqlarla mədəciklər arasındakı qapaqlar ulaşılması daha mürəkkəb olan qapaqlar olduğu üçün bu cür müdaxilələr bu qapaqlarda daha çətindir: “Son illərdə dünyada əməliyyatsız yolla bu qapaqların dəyişməsi əməliyyatı başlayıb. Əməliyyatın mürəkkəb olma səbəbi odur ki, bu qapaqlara bir başa yetişmək mümkün deyil. Ya ayaqdakı venadan girilib qulaqcıqlarası çəpərdən açılan deşik vasitəsiylə, ya da sol mədəcik zirvəsi kiçik cərrahi yolla deşilərək sol mədəciyə oradan da sol qulaqcığa keçilərək icra edilir. Daha mürəkkəb olduğu üçün istifadəsi dünyada daha yeni vüsət alır. Bizim pasientimiz 82 yaşında və 7 il əvvəl açıq ürək əməliyyatı olmasına baxmayaraq, dəyişilən qapağında çox ciddi daralma yaranıb. Yanaşı ağır xəstəlikləri, ümumi vəziyyət düşkünlüyü və təkrari açıq əməliyyatın çox riskli olması səbəbilə xəstəmizə invaziv yolla, ürək dayandırılmadan qapaq yerləşdirilməsi əməliyyatına qərar verdik. Pasientimizin sol qulaqcığında tromb olmasına görə vena yolu ilə əməliyyat icra edilə bilmirdi. Bu səbəbdən daha mürəkkəb olan sol mədəcik zirvəsindən ürək deşilərək qapaq əməliyyatı icra edildi. Əməliyyat 1.5 saat müddətində bitdi. Xəstəmizin ürək çatışmazlığı şikayətləri tam aradan qlxdı. Dünyada da az icra edilən bu əməliyyat ölkəmizdə ilk idi. Aort qapaq əməliyyatları kimi digər qapaq əməliyyatlarını artıq ölkəmizdə də aparmaq mümkün olacaq.”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024