Mobil versiya
Vilayət Eyvazov sıra baxışı keçirib
Tarix: 27-12-2019 | Saat: 16:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vilayət Eyvazov sıra baxışı keçirib


Dekabrın 27-də Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Abşeron, Salyan, İsmayıllı, Ucar, Kürdəmir, Şabran, Siyəzən, Xızı, Masallı, Şəmkir, Lənkəran şəhər, rayon polis orqanlarında və Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında vakant olan post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Nazirlikdən aia.az -a verilən məlumata görə, aidiyyəti baş idarə və idarə rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. 301 iddiaçının arasından daha hazırlıqlı olan 245 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını xatırladıb. O, belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların daxili işlər orqanlarında xidmətə qəbul üçün hər zaman əhəmiyyətli addımların atıldığını, hazırki seçimlərin də göstərilən sahədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov gəncləri qarşıdan gələn 31 Dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hər zaman polis adını və şərəfini uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini artırmalarını, öz üzərlərində səylə çalışmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, bir sözlə, vətəndaş məmnunluğunun təmininə öz layiqli töhfələrini vermələrini tövsiyə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024