Mobil versiya
DSX-dan növbəti narkotik əməliyyatı - Saxlanılanlar var
Tarix: 27-12-2019 | Saat: 12:18
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

DSX-dan növbəti narkotik əməliyyatı -


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.

Bu barədə aia.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”, 6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıb.

23 dekabr tarixində isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024