Mobil versiya
“Titanik II” gəmisi tikilir - FOTOLAR
Tarix: 11-02-2016 | Saat: 21:57
Bölmə:Media / Manşet / Karusel | çapa göndər

Gəmi ilk reysinə 2018-ci ildə çıxacaq.

“Buzzfeed” sosial şəbəkədə tikilməkdə olan “Titanik II” gəmisinin fotolarını yayıb.

Aia.az Lenta.ru-ya istinadən xəbər verir ki, gəminin ilk reysinə 2018-ci ildə çıxacağı təxmin edilir.

Bildirilir ki, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun orijinal variantı tamamilə saxlanılacaq.

Uzunluğu 2790 metr, eni isə 53 metr olan gəmi 840 kayuta və 2,4 min sərnişin tutumuna malikdir. Heyət üzvlərinin sayı 900 nəfərə çatacaq.

“The Belfast Telegraph”ın məlumatına əsasən, gəmidə türk hamamı və hovuz da olacaq. Sərnişinlər 1-ci, 2-ci və 3-cü siniflərə bölünəcəklər.

Qiymətlər də müvafiq olaraq seçiləcəklər. Hələlik biletlərin rəsmi qiymətləri açıqlanmayıb, lakin bildirilir ki, bəzi sərnişinlər gəmiyə düşmək üçün 1 milyon dollara qədər ödəməyə hazırdılar.

Xatırtladaq ki, ilk Titanik gəmisi 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq sulara qərq olub. Göyərtəsindəki 1316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas olsa da, 1 514 nəfər həlak olub.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə