Mobil versiya
Ata Abdullayevlə bağlı ölkə rəhbərliyinə - MÜRACİƏT
Tarix: 26-12-2019, 15:06 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-4 | çapa göndər

Ata Abdullayevlə bağlı ölkə rəhbərliyinə -



Azərbaycan Respublikası Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarına Surəti: Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev cənabına
Möhtərəm Prezident!


Siz, Azərbaycan mətbuatının DOSTU olaraq XXI əsr mediasında ictimai-fəlsəfi fikrin çiçəklənməsində, mədəniyyət və ədəbiyyatın prioritet sahə kimi təşəkkül tapmasında,xalqın maariflənməsində böyük xidmət göstərmisiniz.

Sizin Azərbaycan türkcəsindəki nitqinizin kamilliyi, aydın, hikmətli və mahiyyətli olması KİV nümayəndələrinə ÖRNƏKdir.

Möhtərəm Prezident İlham Əliyev!

Bu yaxınlarda Ermənistanın baş naziri Paşinyanın Fransada keçirdiyi mətbuat konfransında iştirak edən Ata Abdullayev elektron informasiya vasitələri sırasında ən böyük təsir gücünə malik olan “Facebook” və “Youtube”də Azərbaycan media mənsubu qismində, erməni baş nazirinə yalvarışla müşayiət olunan sualla çıxış edib.

Xahiş edirik, müvafiq qurumlar A.Abdullayevin həmin tədbirə necə və kim tərəfindən yol tapdığını araşdırsın.

Ata Abdullayev “İdeal” qəzetinin keçmiş əməkdaşı olduğunu və anasının da həmin qəzetdə (“İdeal”) vaxtilə əməkdaşlıq etdiyini bilirik və bunu məlumat kimi diqqətinizə çatdırırıq.

Erməni daşnaklarının 1988-ci il fevralın 28-dən 29-na keçən gecə törətdikləri qondarma “Sumqayıt faciəsi”, bu faciənin fonunda Qərbi Azərbaycandan zorla qovulan həmvətənlərimizin erməni-daşnak terroruna məruz qalmaları unudulmayıb. Ağrılarımızın həddi; Qanlı Yanvar faciəsi, Xocalı dəhşəti, Şuşa-Laçın harayı, Kəlbəcər xəyanəti, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan,Naxçıvanın Kərki kəndi bilavasitə Qarabağın işğalı unudulmayıb (unudulmur).

Ölüm saçan yeraltı qatar; Metro faciəsindən 25 il keçib. Belə ki, 9 mart 1994-cı ildə Bakının “20 Yanvar” metrosunda törədilən terror Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə separatçı "Sadval" Ləzgi Xalq Hərəkatı təşkilatının üzvləri tərəfindən həyata keçirilib (MTN). 14 nəfər həlak olub, 49 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

3 iyul 1994-cü ildə Bakı Metropoliteninin "28 may" – "Gənclik" stansiyaları arasında (səhər təxminən 08 radələri) törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Cinayəti Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş (əsir düşən) yaralı hərbçi Azər Aslanov törətmişdi. Xatırladırıq ki, bu terrorun açılmasında Ulu öndərimiz Heydər Əliyevin böyük xidmətini yada salmasaq, Allaha xoş getməz.

Üçüncü metro faciəsi isə 28 oktyabr 1996-cı ildə “Ulduz” və “N.Nərimanov” stansiyaları arasındakı tuneldə baş vermişdi.

8 yanvar 1977-ci ildə Moskva metrosunun “İzmaylovo” və “Pervomayskaya” açıq stansiyaları arasında 3 erməni terrorçu: Akop Stepanyan, Stepan Zatikyan və Zaven Baqdasaryan terror aktı törədiblər.Həmin hadisə zamanı 7 nəfər öldü, 32 nəfər isə yaralandı. O vaxt həmin terrorçulara güllələnmə hökmü elan edilmişdi. Həmin cinayət işinin üzərindən bu gün də məxfilik qrifi götürülməyib.

Bütün bunlardan xəbərdar olan Ata Abdullayev erməni terrorunun miqyasından sərt şəkildə danışmaq əvəzinə, Paşinyana yalvarışıyla Azərbaycan mətbuatını aşağılayıb, bilavasitə alçaldıb.

Xahiş edirik, Azərbaycan mətbuatını diskriminasiyaya məruz qoyan Ata Abdullayevin “məqsədi”nin gizlinlərinin yoxlanaraq aşkarlanması üçün müvafiq güc qurumlarına göstəriş verəsiniz.

Sizə böyük iltifatla aşağıdakı yazılı və elektron mətbuat nümayəndələri müraciətə imza edirlər:

“Zəfər qalası” qəzetinin

baş redaktoru Natella Asena

Faktinfo.az



Telefonlar:

(050) 526-37-52;

(012) 537-09-47.

Cəmi 78 imza













5258 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-02-2020
20-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}