Mobil versiya
Telman İsmayılovun qardaşını 18 il həbs gözləyir
Tarix: 26-12-2019 | Saat: 10:19
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Telman İsmayılovun qardaşını 18 il həbs gözləyir


Prokurorluq Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılovun qardaşının 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, söhbət qətl və silah alverində ittiham olunan Rafiq İsmayılovdan gedir. Onun işinə Moskva Regional Məhkəməsində baxılır.
“Təqsirləndirilən İsmayılovun günahı şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Onun iki və ya daha çox şəxsin öldürülməsi, qanunsuz silah alveri maddələri ilə günahkar bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edirəm”, - deyə prokuror bildirib.

Dövlət ittihamçısının dediyinə görə, istintaq 15 may 2016-cı ildə iki iş adamının öldürüldüyü silahı tapmayıb. Yalnız 9 mm çaplı vurulmuş patronlar tapılıb.

Müstəntiqlər belə qənaətə gəliblər ki, qətlin icraçısı Mehman Kərimov silahı məhz Rafiq İsmayılova təhvil verib. 2017-ci ilin mart ayında 13 il müddətinə azadlıqdan məhrum edilmiş Kərimov günahını tam etiraf edib və İsmayılov qardaşlarının cinayətdə iştirak etməsi barədə ifadə verib. Bu, Rafiq İsmayılova qarşı cinayət işinin başlanmasına səbəb olub.

Rafiq İsmayılov isə günahını etiraf etməyib. Eyni zamanda Kərimovla tanış olduğunu təsdiqləsə də, onun haqqında mənfi ifadə verib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024