Mobil versiya
“Tbilisi Keşikçidağ məsələsində Bakı ilə münasibətlərdə problem istəmir”
Tarix: 24-12-2019 | Saat: 12:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Tbilisi Keşikçidağ məsələsində Bakı ilə münasibətlərdə problem istəmir”


"Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin Tbilisi görüşündə imzalanan enerji, nəqliyyat və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan 2020-2022 illəri əhatə edən yeni plan, müxtəlif sahələrdə konkret əməkdaşlıq əlaqələrinin inkişafına təkan verməlidir".



Bunu Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin üçtərəfli görüşünü şərh edərkən deyib:



"Nazirlər qeyd etdilər ki, bölgədə mövcud olan konfliktlər sülh və təhlükəsizliyə təhlükə törədir. Ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qorunması vacibdir və bu baxımdan üçtərəfli əməkdaşlıq vacibdir. Nazirlər bir daha qeyd etdilər ki, bölgədə mövcud olan münaqişələr ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Üçtərəfli görüş çərçivəsində imzalanan birgə bəyanata Azərbaycan tərəfindən tam təhlükəsizliklə bağlı bölmə əlavə edilməsi təklif edildi və bu təklif qəbul olundu".

Politoloqun sözlərinə görə, Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdə qeyd edib ki, Keşikçidağ məsələsi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində öz həllini tapacaq:



"Yəni gürcü nazir demək istədi ki, Tbilisi Keşikçidağ məsələsində Bakı ilə münasibətlərdə problem istəmir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Hazırda müvafiq komissiya öz fəaliyyətini davam etdirir".



Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamlarının ən qısa zamanda biznes əlaqələrini genişləndirmək məqsədilə toplaşacaqlarını qeyd edən E.Şahinoğlu bildirib ki, bu toplantı 3 ölkənin biznesmenləri üçün yeni əməkdaşlıq platforması yaratmalıdır:



"Tbilisidəki görüşdə vurğulandı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun və Dəmir İpək Yolunun gücləndirilməsi məqsədilə xəttin tutumunun artırılmalı və infrastruktur çatışmazlığı aradan qaldırılmalıdır. Bu da vacib razılaşmadır. Çünki, nəqliyyat xətti işə düşsə də, müxtəlif səbəblərdən hələ ki, tam gücüylə işləmir. Bu səbəblər aydılaşdırılmalı və problemlər qısa zamanda həll olunmalıdır.

Tərəflər müdafiə sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha təsdiq etdilər, müdafiə sənayesində növbəti əməkdaşlıq, üçtərəfli təlim və məşğələrdə əməkdaşlığın, eləcə də yüksək səviyyəli görüşlərin zəruriliyini vurğuladılar. İl ərzində 3 ölkə arasında birgə hərbi təlimlər keçirilir, müdafiə nazirləri görüşürlər. Sonuncu görüş bu il Qəbələdə olmuşdu. Bu da əməkdaşlığın çox vacib qollarından biridir".



E.Şahinoğlu hesab edir ki, Azərbaycan-Gürcüstan-Türkiyə siyasi və iqtisadi əməkdaşlığı bölgədə ciddi amilə çevrilib:



"Söhbət üçlü ittifaqdan gedirsə, ara-sıra yaranan problemlər ittifaqa zərər verilmədən həll edilməlidir".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024