Bu İlqar Məmmədov da çox məzəli adammış - Azər Həsrət "Real" sədrinə
Tarix: 20-12-2019 | Saat: 13:02
Bölmə:Siyasət | çapa göndər
Bu İlqar Məmmədov ("Real" Partiyasının sədri - red) da məzəli adamdır, vallah. Yazır ki, "YAP, bax: sənin siyahın açıqlanmayınca, hardan namizəd olacağımı bilməyəcəksən". Yəni adam iddia edir ki, YAP oturub İlqar Məmmədovun hansı dairədən namizəd olacağını gözləyir ki, sonra siyahısını açıqlasın.
Trend-in məlumatına görə, bunu jurnalist, siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, İlqar Məmmədov çox məzəli adammış:
"Ay adam, o boyda YAP-ın işi-gücü elə sənsən ki, durub hansı dairədən namizəd olacağını gözləsin? YAP-da İlqar Məmmədovu yenə biləcək yüzlərlə namizəd var ki, sadəcə onların arasında seçim etdikləri üçün vaxt uzanır. Hə, bu İlqar Məmmədov, əslində, belə bir açıqlama ilə qabaqdangəlmişlik edir. Özü gözləyir ki, YAP-ın ən samballı namizədinə alternativ olub uduzsun, sonra da iddia etsin ki, seçki saxtalaşdırıldı. Elə özünə güvənənsən, heç kimi və heç nəyi gözləmə, get, namizədliyini ver, qalib gəl. İddia etdiyin çoxsaylı tərəfdarların da sənin qələbəni dəstəkləyib təsdiqləsin".
Xatırladaq ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər