Ən çox ölümə səbəb olan xəstəliklər və əsas səbəbləri
Tarix: 19-12-2019 | Saat: 12:27
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
''Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır''.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: "Bu ölümlərin qarşısı alına bilərik. Əsas olan hamımızın bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik. Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin edə biləcəkləri deyil. Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün bir çox qurumun bir araya gəlməsi mütləqdir''.
H.Harmancı bildirib ki, qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər tərəfdaşları birgə əməkdaşlığa cəlb etməklə hərtərəfli yanaşma lazımdır.
"Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün mövcud qeyri-infeksion xəstəliklər siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma aparılarkən tütündən istifadə, sağlam qidalanma, fiziki hərəkətlilik, hipertoniya və diabetin qarşısının alınmasına və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməlidir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
11:40 Şuşa Zəfərinə gedən yol
11:16 İranda yenə zəlzələ oldu
10:34 Dünya Bakıda toplaşıb !