Mobil versiya
"Əli Kərimli, tulalarınızı yığışdırın!" - hüquq müdafiəçisi AXCP sədrinə qarşı
Tarix: 19-12-2019 | Saat: 12:03
Bölmə:Siyasət | çapa göndər

Tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı son günlər sosial şəbəkələrdə AXCP üzvlərinin, daha doğrusu, AXCP sədri Əli Kərimlinin "trol"larının genişmiqyaslı hücumuna məruz qalıb.

M.Qəhrəmanlını aşağılayan, təhqir edən şəxslər onun qızını, M.Əzizovanı da hədəfə alıblar.

Çexiyanın paytaxtı Praqada yaşayan Qadin Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova AXCP sədri Əli Kərimliyə Facebook vasitəsilə açıq məktub ünvanlayıb.

M.Əzizovanın müraciətini olduğu kimi təqdim edirik:

"Əli Kərimliyə müraciətim.

Zəhmət olmasa, müəllimə çatdırın və ya paylaşın.

Salam, Əli bəy! Ümid edirəm ki, yaxşısınız. Şəkillərdən, statuslardan görürəm ki, bu, belədir. Amma deyəsən, partiyada işlər pis gedir. Yoxsa sizin partiyanızın aktivistləri mənim və anam Mirvari Qəhrəmanlı haqqında şər, təhqir yaymaqla məşğul olmazdılar. İdealda onların indi mənə, anama yox, partiya liderlərinə başları qatılmalı idi. Və istər-istəməz sual yaranır:

Niyə siz öz aktivistlərinizlə bir treninq və ya maarifləndirmə işləri aparmırsınız? Başa salmırsınız ki, virtual məkanda özünü belə aparmaq olmaz! Əgər bir insan real həyatda təhqir, şər, böhtanla məşğuldursa, adətən, qanun qarşısında cavab verir. Virtual həyatda bu vasitələr olmadığı üçün sizdən xahş edirəm öz tulalarınızı (üzrlü sayın, onları ayrı cür adlandıra bilmirəm) yığışdırın. Birdəfəlik onlara başa salın ki, onların etdikləri həm sizin, həm də partiyanın adına ləkədir. Başa salın ki, insan vicdansızlıq etməməlidir, insan yalan danışmamalıdır.

"Əli Kərimli, tulalarınızı yığışdırın!" -


QHT-dən əvvəl (1990-cı illərin axırı) mən AXC-nin aktiv fəallarından idim və o zaman cəbhəçilər belə deyildilər. Bir-birimizə hörmət var idi, insanlıq var idi, əsl siyasət var idi. Partiyada təsadüfi insanlar yox idi. İndi isə nə oldu?! Partiya niyə mətbəx söhbətlərinin məkanına çevrildi, niyə aktivistlər bazar adamlarına döndü?! Niyə AXCP deyərkən bu gün ancaq bəzi aktivistlərin təhqirləri yada düşür?! Bir az bu haqda, zəhmət olmasa, düşünün. Bir də xahiş edirəm o tulalara başa salın ki, Facebook-da partiya işləri ilə məşğul olsunlar, mənim və anam haqqında təhqirlərə yol verməsinlər. Ümid edirəm ki, ədalət prinsipləri sizin üçün üstün olub bu məsələni birdəfəlik həll edəcəksiniz. Üzr-zad istəmirəm, gözlərinə girsin, amma ən azından təhqiredici şərhləri silsinlər. Öncədən təşəkkür edirəm.

P.S. Mənim və anam haqqında yalan, böhtan atan oğ...lara. Sizin dilinizdə yazıram ki, başa düşəsiniz. İnsan gərək q..ə və cındır olmasın. İnsan həmişə bu ləkədən uzaq olmaq istəyir. Amma siz, deyəsən, bunu artıq öz həyat tərzinizə çeviribsiniz. Birdəfəlik qırılasınız. Amin!"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024