Mobil versiya
Cavid Qurbanov: "Evlərini elə yerdə tiksinlər ki, sonra sökmək məcburiyyətində qalmasınlar"
Tarix: 17-12-2019 | Saat: 12:02
Bölmə:Gündəm | çapa göndər

Cavid Qurbanov:


"Vətəndaşlara müraciət edirəm ki, evlərini elə yerdə tiksinlər ki, sonra sökmək məcburiyyətində qalmasınlar".

Bu fikri "Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O, bildirib ki, körpü altında dəmiryolu xəttinin çox yaxınlığında ev tikmək düzgün deyil:

" Şanxay" deyilən qəsəbədə biz dəmir yolunun ətrafında olan evlərdə yaşayan sakinlərin yaşayış tərzini yaxşılaşdırdıq. Yəni onlar oradan köçürüldü. İnsanlarda bir hal var ki, 10 kvadrat mənzili olana 20 kvadratın pulunu verirsən razı olmur. Deyir ki, daha çox vəsait ver. Orada əhalinin bir qismi qeyri- qanuni olaraq həmin ərazidə məskunlaşıblar. Hansısa məmurun günahından bu baş verib. Ancaq yenə də biz onları anlayışla qarşılayırıq və köçürülmə prosesini qanuna uyğun şəkildə aparırıq. Çalışırıq ki, insanlara yardım edək. "Şanxay" da növbəti söküntünün nə zaman olacağını dəqiq söyləyə bilmərəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024