Azay Quliyev: Bu gün sosial problemlərin həllində özəl müəssisələr də iştirak etməlidir
Tarix: 17-12-2019 | Saat: 11:56
Bölmə:Siyasət | çapa göndər
Bu gün sosial problemlərin həllində yalnız dövlət qurumları deyil, özəl müəssisələr də iştirak etməlidir.
Trend-in məlumatına görə, bunu “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfransda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
O, bu sahədə görülməli işlərin çox olmasına da təəssüfləndiyini söyləyib.
A.Quliyev əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən sosial sahədə həyata keçirilən islahatlar yalnız ölkə ictimaiyyəti tərəfindən deyil, beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir: "Beynəlxalq reytinq cədvəllərində Azərbaycanın tutduğu pillənin yüksəlməsi onu göstərir ki, hökumətin əsas məqsədi əhalinin rifahının yüksəldilməsidir. Bu baxımdan sosial sahədə əldə olunan nailiyyətlər bizi sevindirir. Eyni zamanda qeyri-hökumət təşkilatlarının da bu sahədə aktivliyi gündən-günə artır. Bu sahədə həqiqətən də vətəndaş təşəbbüsünə böyük ehtiyac var. Bizim əsas həfəflərimizdən biri budur ki, sosial yönümlü problemlərin həllində QHT-lərin iştirakını maksimum dərəcədə dəstəkləyək".
A.Quliyev bildirib ki, son iki ildə şuranın maliyyələşdirdiyi layihələrin təxminən 70 faizi məhz sosial sahəyə aiddir: "Bu sahədə bizim peşəkar, hətta beynəlxalq səviyyəli layihələr həyata keçirə bilən təşkilatlarımız var".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər