Mobil versiya
Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - Jurnalist
Tarix: 12-12-2019 | Saat: 11:44
Bölmə:Siyasət | çapa göndər

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var -


İsa Qәmbәr onun statusunun alta yazdığım ironik şәrhi silib. Şәrhdә ona sual edirәm ki, "Bәy, bu basabasda mәni niyә mәhkәmәyә vermisiz" . Tәhqirsiz şәrhi silmәk dә söz azadlığına bir münasibәtdir.

Trend-in məlumatına görə, bunu Avropada yaşayan Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu özünün "Facebook" səhifəsində yazıb.

O xatırladıb ki, yazdığı tәnqidi fikirlәrә görә, Müsavat rәhbәrliyi onu mәhkәmәyә verib: "Soruşa bilәrsiniz ki, bunun İsa Qәmbәrә nә aidiyyatı var, o ki, partiyada rәsmi rәhbәr deyil.

Çoxları bilir ki, İsa Qәmbәrin tәşәbbüsü vә ya icazәsi olmadan partiyada keç kim qәrar qәbul edә bilmәz. O da qala, jurnalisti yazdığı yazıya görә mәhkәmәyә vermәk. Bu mәsәlә(lәr)dә birbaşa onun әli var".

Qeyd edək ki, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan jurnalist Yafəz Həsənovun (Əkrəmoğlu) cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024