Mobil versiya
Mikayıl Cabbarov Simonyana tutarlı cavab verdi
Tarix: 06-12-2019 | Saat: 13:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mikayıl Cabbarov Simonyana tutarlı cavab verdi



İqtisadiyyat naziri Mikayıl Cabbarov Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyanın bu gün Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında “Fəxri Xiyabana səfər nəyə görə proqrama salınmalıdır” sözlərinə cavab verib.

aia.az Report-a istinadən xəbər verir ki, azərbaycanlı nazir erməni tərəfinin reaksiyasını başa düşdüyünü deyib:

“TRACECA-nın məzmunu aydındır. Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən mədəni hissəni təşkil etdiyinə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. Anlamaq və qəbul etmək onlar üçün asan deyil. Biz konstruktiv yanaşmadan istifadə etməliyik, destuktiv deyil. Nəticələr ilk növbədə qonşu ölkədə görülür.

Onlar nəqliyyat sahəsində bir sıra beynəlxalq layihərdən kənar qalıb. Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb. Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin yaşadığıniz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024