Mobil versiya
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
Tarix: 06-12-2019 | Saat: 12:10
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli Əhmədov:


Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük qabarıq şəkildə özünü göstərir. Ölkənin iqtisadi inkişafının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələrin həyata keçirilməsi genişlənir: "Misal olaraq, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqları və pensiyaların iki dəfəyə qədər artırılması dövlət tərəfindən ayrı-ayrı kateqoriyalarına verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlisidir. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir. Sosial layihələr üçün ayrılan dövlət vəsaiti də artırılmaqdadır. İnanıram ki, yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar".

Ə.Əhmədov bildirib ki, bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək:

"Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024