Mobil versiya
Yeni Ombudsman: “Hamını əməkdaşlığa dəvət edirəm”
Tarix: 05-12-2019 | Saat: 12:07
Bölmə:Gündəm | çapa göndər

Yeni Ombudsman:


"Hamını ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığa dəvət edirəm".
Azvision.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva ilk dəfə qatıldığı rəsmi tədbir olan "Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi" mövzusundakı seminarda çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, ölkə Prezidentinin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində bu il imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında fərmanın icrası Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına mühüm töhfələr verəcək:

"Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsində təsbit olunan əqli mülkiyyət hüququnun ölkəmizdə təmin olunması məqsədilə həm qanunvericilikdə, həm də onların icrası istiqamətində mühüm işlər görülür. Əqli mülkiyyət hüququnun müdafiəsi, o cümlədən əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquq pozmaların qarşısının alınması Ombudsmanın fəaliyyətində prioritet istiqamətlərdəndir. Çünki bu hüquqların pozulması əqli mülkiyyət hüquqları sahibləri ilə yanaşı, istehlakçıların da hüquqlarının pozulmasına və cəmiyyətin inkişafına öz mənfi təsirini göstərir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024