Mil bələdiyyəsi – fəaliyyət sakinlərlə qarşılıqlı əməkdaşlıq əsasında qurulub
Tarix: 02-12-2019 | Saat: 17:42
Bölmə:Manşet / Ölkə | çapa göndər
Ölkənin ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları müstəqillik illəri ərzində özünəməxsus inkişaf yolu keçmiş, respublikamızda geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar. Həmçinin dövlətimiz tərəfindən bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilmiş, bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.
Bu gün özünün səmərəli fəaliyyətilə seçilən yerli özünüidarəetmə orqanlarından biri də Beyləqan rayonunun Mil qəsəbə bələdiyyəsidir. Məlumat üçün bildirək ki, Mil qəsəbəsi Mil kəndinin daxil olduğu Mil inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzidir. Bakıdan 285 km məsafədə, Beyləqan rayon mərkəzindən 18 km cənub-şərqdə, Mil düzündə yerləşmişdir. Sahəsi 1164 ha, təsərrüfatların sayı 462, əhalisi 2182 nəfərdir (2009). Ərazidə 386 nəfər məcburi köçkün, 20 nəfər qaçqın məskunlaşmışdır. Əhali kənd təsərrüfatı və ticarətlə məşğuldur. Orta məktəb, mədəniyyət evi, 2 uşaq bağçası, 2 kitabxana, feldşer-mama məntəqəsi, rabitə və informasiya şöbəsi, yanacaqdoldurma məntəqəsi, 5 ictimai iaşə obyekti, 99 ticarət obyekti, çörəkbişirmə sexi, avtomobillərin yağlanması sexi, 4 avtomobil mühərriklərinin təmiri sexi, 6 aptek, broyler fabriki fəaliyyət göstərir. Mil bələdiyyəsinin sədri Rasim Mehdiyevdir.
Məlum olduğu kimi, bələdiyyələrin başlıca vəzifələri vergilərin yığılması, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması, əhalinin müəyyən sosial-məişət problemlərinin həlli ilə bağlıdır. Diqqətəlayiq haldır ki, Rasim Mehdiyevin rəhbərliyi altında Mil bələdiyyəsi bir çox məqamlarda yerli sakinlərlə birgə əməkdaşlıq əsasında fəaliyyət göstərir. Bu isə əlbəttə ki, ilk növbədə qurumun rəhbəri tərəfindən işin düzgün qurulduğundan xəbər verir. Xüsusilə ərazilərin təmiz saxlanması, yaşıllıqların qorunması kimi məsələlərdə belə əməkdaşlıq daha effektiv şəkildə özünü göstərir. Qəsəbənin ərazisində yolların abadlaşdırılması, məktəblərin və məktəbəqədər müəssisələrin binalarının təmiri, qaz, su, elektrik xətlərinin təzələnməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü iş aparlır. Təqdirəlayiq haldır ki, Mil bələdiyyəsi hətta bilavasitə vəzifə funksiyalarına aid olmayan işlərlə də sakinlərin həyatını, aidiyyatı olan digər qurumların isə işini daim yüngülləşdirir. Məsələn, bu il bələdiyyə tərəfindən 5 km uzunluqda suvarma kanalının lildən təmizlənməsi işləri həyata keçirilmişdir ki, bu da rayonda meliorativ tədbirlərin vaxtında görülməsinə verilən bir mühüm dəstək olmuşdur.
Bundan başqa, Mil bələdiyyəsi tərəfindən mütəmadi olaraq aztəminatlı ailələrə yardımlar göstərilir. O cümlədən bu il 50-dən artıq belə ailəyə yardım edilmişdir. Sevindirici haldır ki, Mil bələdiyyəsinin fəaliyyətində belə aktivlik bütün il boyu müşahidə olunur. Məhz bu səbəbdən də Rasim Mehdiyev qəsəbədə təkcə bacarıqlı bir bələdiyyə sədri kimi deyil, həm də hörmətli və nüfuzlu bir el ağsaqqalı kimi tanınır.
Biz də öz növbəmizdə Beyləqan rayonunun Mil bələdiyyəsinin bütün əməkdaşlarına, eləcə də şəxsən bələdiyyə sədri Rasim Mehdiyevə öz işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər