Mobil versiya
Azərbaycan Xalq Hərəkatında əlbəyaxa dava - yenə yumruqlar və söyüşlər "havada uçdu"- VİDEO
Tarix: 27-11-2019 | Saat: 12:43
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Xalq Hərəkatında əlbəyaxa dava -


Bu gün Azərbaycan Xalq Hərəkatı növbəti toplantısını keçirib.

Musavat.com xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının qərargahında keçirilən toplantıda hərəkatın üzvü İsgəndər Həmidovun qurumdan uzaqlaşdırılması məsələsi müzakirə olunub. Bu zaman toplantının canlı yayımlanması ilə bağlı fikir ayrılığı yaşanıb. Bu məsələ səsverməyə qoyularkən insident baş verib. İdarə heyəti üzvlərindən biri İ.Həmidovla telefon əlaqəsi yaradaraq ondan toplantının canlı yayımlanması ilə bağlı mövqeyini soruşub. Eks nazir canlı yayına qarşı çıxıb və bu zaman səsvermə keçirilib.

Toplantıda iştirak edən Ann TV-nin əməkdaşı Nurlan Cəfəri səsvermə zamanı saxtakarlığa yol verildiyini iddia edərək, duruma müdaxilə edib. İnsident məhz bu dəqiqədən sonra başlanıb. İdarə Heyəti üzvlərindən biri jurnalistə qarşı kobud ifadələr sərf edib. Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu ilə jurnalistə təzyiq edən şəxs arasında insident yaşanıb. Tərəfləri çətinliklə aralayıblar. A.Şakiroğlunun qışqıraraq "İsgəndər Həmidov gəlsin, aldığı pulların hesabını versin!" sözləri dartışmanı daha da alovlandırıb.

Toplantının gedişində daha bir qalmaqal isə tədbiri işıqlandıran jurnalistlərlə idarə heyəti üzvləri arasında yaşanıb. Özünü Qarabağ müharibəsi iştirakçısı adlandıran idarə heyəti üzvü çəkiliş aparan jurnalistlərə təzyiq göstərib, əlindəki çəliklə onların üstünə gəlib və fiziki xəsarət yetirmək istəyib. İnsident zamanı tərəflər bir-birinə ağır söyüş və təhqirlər ünvanlayıblar.

Musavat.com sözügedən qalmaqallı toplantının videogörüntülərini təqdim edir. Videonun 9-cu dəqiqəsindən sonuna qədər tərəflər arasında qarşılıqlı ittiham və təhqirlər, eləcə də fiziki təzyiq cəhdləri yer alır.

aia.az
[media=https://www.youtube.com/watch?time_continue=1&v=SRUX2KeGO40&feature=emb_logo]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024