Mobil versiya
Slovakiyanın XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib
Tarix: 27-11-2019 | Saat: 10:49
Bölmə:Siyasət | çapa göndər

Slovakiyanın XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib


Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak 27-28 noyabrda Azərbaycana rəsmi səfərə gələcək.

Oxu.Az xəbər verir ki, siyasətçi Bakıda Slovakiya səfirliyinin açılışında iştirak edəcək.

Hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Miroslav Layçak 28-29 noyabrda Ukraynanın şərqinə yollanacaq. Siyasətçi Donbasda yerləşən hərbçilərin təmas xəttinə baş çəkəcək.

Məlumatı Slovakiya Diplomatik Xidmətinin Mətbuatla Əlaqələr üzrə nümayəndəsi Boris Qandel verib.

Mətbuatla əlaqələr xidmətindən bildirilib ki, slovakiyalı nazir Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və XİN başçısı Elmar Məmmədyarovla görüşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024