Mobil versiya
Deputat: Bu sammit Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir
Tarix: 18-11-2019, 11:34 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Dünya dini liderlərinin II Sammitinin Azərbaycanda keçirilməsi ölkəmzin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, bu mötəbər tədbirdə səsləndirilən bir çox bəyanatlar, fikirlər həm də insanların gələcək fəaliyyəti, həyatı üçün çox əhəmiyyətlidir: “Sammit insan hüquqlarının qorunması, bərabərlik, sülh əməkdaşlıq, eyni zamanda terrorizmə, separatizmə qarşı mübarizə adı altında keçirilir. Din xadimlərinin çıxışları göstərir ki, dünyada baş verən qarşıdurmalar, müharibələr, terrorizm, insan tələfatları dindarları da narahat etməkdədir. 60-a yaxın dovlətin təmsil olunduğu Sammitdə BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının, UNESKO-nun və bir çox beynəlxalq təşkilatların nümayəndələrinin, ictimai-siyasi xadimlərin iştirak etməsi onun təsir dairəsini artırır və Azərbaycanın ən mötəbər tədbirləri keçirməyə qadir olduğunu bir daha nümayiş etdirir. Bu, bizim hər birimiz üçün bir fəxrdir”.

T.Rzayev qeyd edib ki, Azərbaycan dövləti tarixən müxtəlif milli, dini, mədəni mənsubiyyətə malik olan insanların qarşılıqlı hörmət və etimad əsasında yaşamasına, dosluğa, əminamanlığa üstünlük verib:

“Azərbaycan daim dinlər və millətlər arasında ayrı-seçkiliyə qarşı çıxıb, bəşəri dəyərlər ön plana çəkib. Tolerantlıq, multikulturalizm, dinlərə və millətlərə hörmət Azərbaycanın dövlət siyasətinin əsasıdır. Prezident İlham Əliyevin dediyi kimi - “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”. Azərbaycan bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməklə öz sözünü əməldə də nümayiş etdirir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsinə qərar verilib. Sammitə dünyanın 56 ölkəsindən 500-ə yaxın iştirakçı qatılıb.

İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılır.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

aia.az



569 dəfə oxunub.

Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031