Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
Tarix: 12-11-2019 | Saat: 11:25
Bölmə:Karusel / Siyasət | çapa göndər
Hesab edirəm ki, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı kifayət qədər olacaq.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlamasında deyib.
Onun sözlərinə görə, adətən, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı prezident və parlament seçkilərinə nisbətən o qədər də çox olmur: "Amma Mərkəzi Seçki Komissiyası olaraq Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə artıq dəvət göndərmişik. Çünki Konqres adətən bələdiyyə seçkilərində müşahidələr aparır. Onların gəldiyi qənaət beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Bundan əlavə, 15 müxtəlif ölkənin MSK-na da dəvətlər göndərmişik. Seçki Məcəlləsinin tələblərinə görə, qeyri-hökumət təşkilatlarından da müşahidəçilər dəvət etmək istəsək, onların adına da müraciət göndərə bilərik".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər