Mobil versiya
Deputat: Cəmil Həsənli nə qədər vicdanını itirib ki, Azərbaycan xalqına qarşı sanksiya tələb edir
Tarix: 04-11-2019 | Saat: 10:07
Bölmə:Siyasət | çapa göndər

Deputat:


“Milli Şura” adlanan qurumun rəhbəri Cəmil Həsənli nə qədər vicdanını, nə qədər şərəfini, insanlığını itirib ki, gedib ABŞ-da öz dövlətinə, öz xalqına, öz iqtisadiyyatına qarşı ayrı-ayrı dövlətlərdən sanksiya tətbiq edilməsini tələb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi bütün türk dünyasını sarsıtdı və bununla bağlı Azərbaycan tərəfi də dövlət səvviyyəsində öz mövqeyini bildirdi:

“Ancaq çox təəssüf ki, belə bir ümummilli məsələ olduğu halda, bütün türkdilli dövlətlərin, qardaş Türkiyənin yanında olmaq əvəzində Cəmil Həsənli ABŞ-da Azərbaycana qarşı görüşlər keçirir. Onun görüşdükləri adamlar arasında isə erməni və ermənipərəstlər var idi. Cəmil Həsənli hansı başla ABŞ-da çağırışlar edir ki, Azərbaycana qarşı sanksiyalar tətbiq edilsin?! Həqiqətən də öz xalqını, dövlətini sevən, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini istəyən heç bir şəxs bunu etməzdi.

Bu sanksiyalardan kim əziyyət çəkəcək? Azərbaycan dövləti, Azərbaycan xalqı, vətəndaşları. Xalqın yaxşılığını, rifahını istəyən hansı insan belə bir arzuya düşər? İndi o Cəmil Həsənli, radikal müxalifət, xüsusilə, Əli Kərimli hansı üzlə çıxıb xalq uğrunda mübarizə apardıqlarını deyəcəklər?".

C.Osmanovun sözlərinə görə, Cəmil Həsənli bir daha göstərdi ki, bu insanlar Azərbaycanı sevmirlər, Azərbaycan xalqı, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ problemi onları düşündürmür:

"Bu adamlar xalqımıza qarşı düşmənçilik siyasəti apardıqlarını aydın şəkildə göstərdilər. Sadəcə, bunların məqsədi erməni lobbisinin, Ermənistan tərəfinin verdiyi sifarişləri hər hansı bir yolla həyata keçirməkdir. Onlar istəyirilər ki, anarxiyanı, özbaşınalığı, iqtisadi tənəzzülü Azərbaycanda həyata keçirsinlər.

Təbii ki, Azərbaycan xalqı heç zaman bu radikalları dəstəkləməyəcək. Azərbaycan xalqı artıq onları tarixin layiq olduqları yerinə atıb. Bu qara qüvvələr xalqımız tərəfindən baykot olunur. Çünki xalqımız bu gün dövlətçiliyimizin, müstəqilliyimizin keşiyindədir və cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024