“Jurnalistlərin görüşü gərək hansısa bir prosesin nəticəsi olsun” - Azərbaycandan Lavrova CAVAB
Tarix: 01-11-2019 | Saat: 16:41
Bölmə:Siyasət | çapa göndər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvadakı danışıqlardan sonra maraqlı bəyanatlar səsləndirib. Rusiyalı nazir hazırda Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri ilə bağlı danışıqlar aparıldığını bildirib.
Bəs görəsən, azərbaycanlı jurnalistlər belə bir səfərlərə ehtiyac duyurlarmı? Bunun Qarabağ probleminin həllinə hansısa müsbət təsirləri ola bilərmi?
Bu barədə Modern.az-a danışan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov məsələnin bizə faydalı tərəflərinə diqqət etməyin tərəfdarıdır. Onun sözlərinə görə, hələlik biz məğlub olmuş tərəfik:
“Torpaqlarımız işğal olunub. Əsas məqsədimiz işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdır. Biz nə qədər jurnalist olsaq da, bu məqamlarda vətəndaş kimi münasibət göstərməliyik. Mübadilənin bizim üçün müsbət məqamları odur ki, ermənilərlə danışmaq, Azərbaycandakı islahatlar haqqında məlumatlandırmaq, Azərbaycanın hərbi potensialının kifayət qədər güclü olmasını onların da diqqətinə çatdırmaq üçün imkanımız yaranır. Çalışırıq ki, ermənilər ümumi təkliflərə razı olsunlar və öz problemlərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razılaşsınlar. Jurnalistlərin Ermənistana səfərlərinin üstünlükləri bu ola bilər.
Amma indiki şəraitdə Ermənistan mövcud durumu uzatmaq istəyir. Aydın görünür ki, onlar problemi həll etməyi düşünmürlər. Mən Ermənistanda səfərdə olarkən, erməni parlamentarilərlə və ayrı-ayrı şəxslərlə söhbət etdim. Aydın oldu ki, ermənilər artıq problemi həll olunmuş hesab edirlər. Onlar düşünürlər ki, bundan sonra yalnız de-fakto məsələlərlə məşğul olacaqlar. Belə məqamda ölçüb biçməliyik ki, jurnalistlərin mübadiləsi nə dərəcədə faydalı olacaq?”
Ə. Amaşov əlavə edib ki, Azərbaycan münaqişənin tez zamanda, öz ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır:
“Jurnalistlərin səfərləri bu prosesi donduracaq, soyuqluq yaradacaq, problemlərin həllini uzadacaqsa, onda bunun bizim üçün əhəmiyyəti nədir? İndiki şəraitdə hər şeyi analiz edib, faydalı olanı seçməliyik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna.az” saytının baş redaktoru Elçin Şıxlı bu təklifi Sergey Lavrovun irəli sürməsindən qıcıqlandığını diqqətə çatdırıb:
“Lazımdırsa, özümüz edə bilərik. Əslində bu mübadilədə pis bir şey yoxdur. Bizim nəsil erməniləri görüb, xəbərimiz var ki, onlar hansı xislətin sahibidirlər. Amma cavanlar erməniləri tanımırlar. Ermənilər elə bilir ki, azərbaycanlıların, biz isə elə bilirik ermənilərin “buynuzu var”. Pis olmasa da, bunu Lavrovun məsləhəti ilə etməyin tərəfdarı deyiləm”.
Hər iki tərəfdən mübadilə prosesinə qoşulan jurnalistlərin qınaq obyektinə çevrilməsinə gəlincə, E. Şıxlı ictimai fikrin hələlik dəyişəcəyini düşünmür:
“İctimai fikiri dəyişmək üçün məqsədli, davamlı plan varsa, onda nəsə etmək olar. 5 ildən bir biz ora getsək, onlar bura gəlsələr, çətin ki, nə isə əldə etmək mümkün olar. Jurnalistlərin görüşü gərək hansısa bir prosesin nəticəsi olsun. Belə bir proses ortada yoxdursa, mənası da olmayacaq. Ona görə, ictimai fikir çətin dəyişsin”.
“Şərq” qəzetinin baş redaktoru, "Türk ocağı"nın başqanı Akif Aşırlı isə bildirib ki, jurnalistin istənilən məkandan informasiya əldə etmək, istənilən məkana informasiya ötürmək imkanları var:
“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Neçə illərdir, dövlət səviyyəsində bu terrordan əl çəkmirlər. Erməni və Azərbaycan cəmiyyətini yaxınlaşdırmaq üçün jurnalistlərdən istifadə etməyə çalışırlar. Bu, o zaman müsbət nəticə verər ki, Qarabağ danışıqlarında irəliləyiş əldə olunur. Ermənistan işğalçılıq siyasətindən əl çəkir. Məhz bu prinsiplər ətrafında fikir formalaşdırılsa, Ermənistana getməyin heç bir problemi olmaz.
İndi Ermənistandakı hadisələri təsvir etmək, xəbərləri yaymaq o qədər də çətin deyil. Onların mətbuatını izləyirik, mütəmadi informasiyalar əldə edirik. İndiki halda Sergey Lavrov Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsə, missiyası xoşdursa, buyursun. Xoş deyilsə, bu mübadiləni Azərbaycan jurnalisti niyə qəbul etməli və niyə Ermənistana getməlidir?”
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər