Mobil versiya
Rektorla Rəsul Quliyevin əlaqəsi ortaya çıxıb?
Tarix: 04-02-2016 | Saat: 15:12
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Rektorla Rəsul Quliyevin əlaqəsi ortaya çıxıb?

İbrahim Cəfərovun ADAU-da sabiq spikerin adamlarına geniş meydan verməsi şübhələrə yol açıb

Bir neçə gün öncə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş verən qanun pozuntuları, özbaşınalıq, tələbərin rüşvət hesabına aylığa buraxılması, rektor İbrahim Cəfərovun tez-tez “sokraşeniyalar” adı ilə işçi kollektivindən qanunsuz tələblərdə bulunması və bu kimi faktlardan bəhs etmişdik. Universitetin yüksək vəzifəli şəxslərinin də mövqeyinə yer verdiyimiz halda rektorun bizi yalan yazmaqda günahlandırması və bəzi sosial şəbəkə qoçuları vasitəsilə mesajlar yollaması qəribə yanaşma oldu.

Dəfələrlə qeyd etdiyimiz kimi, bir daha bəyan etməyi borc bilirik ki, biz araşdırmalar nəticəsində ortaya çıxan faktlara və universitetin prorektorunun fikirlərinə yazıda yer verməklə həmişəki dürüst fəaliyyətimizi davam etdirmişik. Bundan sonra da baş verən nöqsanları və qanunsuzluqları ictimaiyyətə çatdırmaqda, eləcədə qarşı tərəfin mövqeyini dərc etməkdə israrlıyıq. İbrahim müəllimə də bizi qorxutmağın yersiz olduğunu və bu münasibətlərlə illərin təcrübəsində daim rastlaşdığımızı xatırlayırıq.

ADAU-ya rektor təyin olunandan sonra təhsil ocağında imtahanların şəffaf keçirildiyini bəyan edən İbrahim Cəfərov tələbələrin 100% nəticələr göstərdiyini qeyd edir. Hətta cənab rektor universitetdə özünün icad etdiyi ştatlarda əyləşdirdiyi adamların vasitəsilə gəlir bostanını toxunulmaz saxlamağı düşünür.Yəni rektorun gəlir bostanına daş atanlar həmin qeyd etdiyimiz ştatlarda oturan şəxslər vasitəsilə şantaj olunur.

Ölkə mətbuatında universitetdə baş verən ciddi qanunsuzluqlar geniş müzakirə mövzusu olsa da, İbrahim Cəfərova “gözün üstə qaşın var” deyən yoxdur. Belə ki,ölkəmizin ikinci əsas şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı sahəsi üçün mütəxəsislər yetişdirən Dövlət Aqrar Unversitetində Aqronomluq, Aqrotexnologiya, Baytarlıq Təbabəti və Əcazçılıq fakultəsi, Elektroenergetika və İnformasiya Texnologiyaları, Mühəndislik, Aqrar İqtisadiyyat fakultələrinin bir sıra müəllimlərinin fəaliyyətlərində ciddi nöqsanların olması faktdır. Tələbələr deyirlər ki, unversitetdə təhsil, bir imtahandan qiymət almaqdan baha başa gəlir. Bütün bunlar bir yana, bəzi tələbələr ildə bir dəfə unversitetə təşrif buyururlar və onlar rəhbərliyə illik deyilən "ödəmə” verirlər.

Mənbə iddia edir ki, universitetin daxili imtahanı formal xarakter daşıyır və sadəcə, tələbə qəbulunu qanuniləşdirmək məqsədi ilə yaradılıb. Həmçinin məlumatda o da vurğulanır ki, Aqrar Unversitet rəhbərliyinin qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin və tələbələrin adına yazdırılan sanatoriya putovkalarının satdırılmasıdır. Putovkaları isə Həmkərlar Təşkilatlarının əli ilə satılır.

Aqrar Unversitetdə qiyabi təhsil alan tələbələrin də daha sərt qaydalara əməl etdiyi qeyd olunur. Faktlar göstərir ki, hər imtahan zamanı rektorun istəklərini yerinə yetirən tələbələr narazılıqlarını ifadə etmək qadağası ilə üzləşiblər. İmtahanda qaydalardan kənar çıxıb professora üz tutub şikayət edən tələbəni daha ciddi cəzalar gözləyir. Belə ki, şikayətçi tələbə bu zaman hörmətli İbrahim Cəfərovun “ciddi” təşkil olunan imtahanının tələbləri qarşısında daha çox tər tökməli olmalıdır. Bu imtahada tələbədən çox, valideyinlərin əzab çəkdiyini qeyd etmək yerinə düşər. Əks təqdirdə tələbə unversitetlə vidalaşmaq məcburiyyətində qalır.

Daha önəmli fakt isə Gəncədə bəzi insanların Azərbaycan Dövlət Aqrar Universitetini keçmiş spiker, hazırda ölkədən kənarda yaşayan və müxalifət lideri sayılan Rəsul Quliyevin “obyekti” adlandırırlar. Aparılan araşdırmalar göstərir ki, bu fikirlər ictimaiyyətdə heç də təsadüfən formalaşmayıb. Aqrar Universitetdə bu gün vəzifə tutan bir neçə şəxsin məhz Rəsul Quliyevin yaxın ətrafı və indi də onunla sıx bağlı olmaları danılmaz faktdır. Çox güman ki, rektor İbrahim Cəfərov bundan xəbərsiz deyil. Ən azından İbrahim Cəfərovun bir neçə il öncə Gəncə 40 saylı Dairə Seçki Komissiyasının sədri olması və o illərdə tez-tez bu şəxslərlə formal mübahisələrdə bulunması hamıya məlumdur.

Əslində sual yaranır, görəsən İbrahim müəllimə “rəsulçuları” sevdirən nədir? Hər halda İbrahim Cəfərovun Rəsul Quliyevin siyasi kursunu dəstəkləyib hakimiyyətə savaş açanların Aqrar Universitetdə vəzifələrə gətirməsi hakimiyyətin siyasətinə zidd olsa da, bəzilərinin maraqlarına xidmət etməkdədir. Gəncədə Rəsul Quliyevin mövqeyinin İbrahim Cəfərov kimi rəhbər şəxslər tərəfindən qorunması və gücləndirilməsi prosesi baş verir ki, bu da şəhər rəhbərliyinin nüfuzuna ciddi təhlükə yaratmaqdadır.

İbrahim Cəfərovun Gəncənin İcra başçısı Elmar Vəliyevə qarşı olduğunu əminliklə söyləməkdə çətinlik çəkirik. Amma şəhərdə keçirilən bir sıra tədbirlərlə bağlı da maraqlı məqam ortaya çıxıb. Gəncədə Qələbə günü, həmçinin Gül bayramı və digər bu kimi tədbirlərin Aqrar Unversitetin rektoru tərəfindən təşkil olunmasını ictimailəşdirən qüvvələr də az deyil. Hətta bu tədbirlərin keçirilməsi ölkə mətbuatında da İbrahim Cəfərovun adı ilə bağlanması rektorun növbəti arzusunun reallaşdırmaq istəyindən irəli gəlir. Bu isə şəhər rəhbərliyinin gördüyü işlərə kölgə salmaq və onun mövqeyinin zəifləməsinə hesablanmış addımdır. Görünür İbrahim Cəfərov daha səmimi görünüşü ilə “mehriban düşmən” obrazını canlandırmaqdadır.

Mövzuya qayıdacağıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024