Mobil versiya
“Ziya Məmmədova məktub yazıb təklif etdim ki, dayanacaqlarda kitabxana yaradaq, amma...”
Tarix: 21-10-2019, 16:06 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Ziya Məmmədova məktub yazıb təklif etdim ki, dayanacaqlarda kitabxana yaradaq, amma...”


“Bu hansı quruma aiddirsə, özləri-öz aralarında problemi çözməli idi, yəni məncə bunun qurbanı “Kitab dayanacağı” olmalı deyildi”

Bunu Moderator.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu deyib. Ş.Xuduoğlu vaxtilə özünün də belə bir çıxış etdiyini bildirib:

“Bütün hallarda kitabla bağlı yeni nə baş verirsə, buna yaxşı baxıram. Yəni ki, kitab dayanacaqlarının olmasının yalnız xeyri var, müsbət bir addımdı, onu sökməkdənsə, yaşamasına nəfəs vermək lazım idi. Aydın məsələdir ki, “Kitab dayanacağı” layihəsi bizimlə əməkdaşlıq etməyib, hər gün yeni bir kitab nəşr edən nəşriyyat kimi bizdən kitab almayıblar. Amma ümumiyyətlə mütərəqqi bir addımdır, mədəniyyətə xidmət edən bir layihədir. Məncə onu sökmək düzgün deyildi. Bu artıq hüquqa dirənən məsələdir. Bu hansı quruma aiddirsə, özləri-öz aralarında problemi çözməli idi, yəni məncə bunun qurbanı “Kitab dayanacağı” olmalı deyildi. Onu sökməkdənsə, deyərdilər ki, dayandırın, hüquq məsələsini həll edək.

Belə bir dayanacaqların yaradılmasıyla bağlı illər öncə özümün şəxsi təşəbbüsüm olub. Sabiq nəqliyyat naziri Ziya Məmmədova məktub yazıb bildirdim ki, icazə verin, dayanacaqlarda kitabxana yaradaq. Bunun eskiz layihəsini də ona göndərmişdim, amma təəssüf ki, məktuba heç bir cavab verilmədi”.
Çox maraqlıdır ki, indi Quran oxuyub, şeir yazan Ziya Məmmədov nazir olduğu vaxt naşirin kitabla bağlı təklifinə niyə cavab verməyib?


aia.az



572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930