Mobil versiya
Hulusi Akar sərt DANIŞDI: “Bu alçaqlara qarşı yalnız döyüş meydanında deyil...”
Tarix: 21-10-2019, 11:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hulusi Akar sərt DANIŞDI:


“Ölkəmizin və millətimizin təhlükəsizliyi, hüquq və maraqları əsas şərtdir. Bu çərçivədə ölkəmizin cənubunda, sərhədlərimizə və oradakı xalqımıza qarşı hər hansı bir şəkildə risk, təhdid və təhlükələrə imkan verməyəcəyik. Bu hərəkatla bir tərəfdən sərhədlərimizi güvən altına alacağıq, digər tərəfdən orada təhlükəsiz bölgə yaradacağıq, terrorçuları oradan qovacağıq, zərərsizləşdirəcəyik və təmizlənən əraziyə də evlərindən, torpaqlarından edilmiş adamlar evlərinə qayıdacaqlar. Məqsəd budur, çox açıq və dəqiq. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Başda Suriya olmaqla bütün qonşularımızın ərazi bütövlüyə son dərəcə hörmət etməliyik".



Modern.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 50 il öncə məzunu olduğu Kayseri Liseyini ziyarəti zamanı Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyada apardığı “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatları barədə tələbələrin suallarını cavablandırarkən deyib.



Təhlükəsiz Regionun təsis edilməsi məsələsində digər ölkələrlə intensiv görüşlər keçirdiklərini xatırladan nazir bildirib ki, həmin görüşlərdə razı qaldıqları məsələlərin həyata keçirilməsində 49 gün səbr emələrinə baxmayaraq ciddi bir nəticə əldə etməyiblər:



“Bunu bizim həmsöhbətlərimiz və xarici mətbuat təhrif edir. Biz bir gündə bu qərarı verməmişik. Biz danışıqlara başlayanda səmimi olaraq ABŞ və digər koalisiya ölkələri ilə birlikdə Təhlükəsiz Zona yaratmaq məsələsində birlikdə işləməyi düşünərək, bunu gözləyərək görüşlər keçirdik. Daha sonra razı qaldığımız məsələlərin həyata keçirilməsində də 49 gün onlarla birlikdə bu işləri ümidlə apardıq. Gördük ki, verilən vədlərin heç biri tutulmur, terrorçular hər keçən gün daha da güclənir. Cənab Prezidentimizin sərəncamları ilə Silahlı Qüvvələrimizin planları çərçivəsində oktyabrın 9-u saat 16.00-dan hərəkata başlamışıq. Əsgər, böyük bir qəhrəmanlıq və fədakarlıqla, proqnozların çox xaricində yüksək bir çıxışla hədəflərinə çatdı, çatmağa davam edir. Biz bunu bütün dünya aləmə elan etmişdik ki, vəziyyət belədir, biz bunu edirik. Neçə dəfə “Bu işin zarafatı yox” dedik".



H.Akar bildirib ki, əməliyyatlar zamanı mülki vətəndaşların zərər görməməsi üçün heç bir ölkənin göstərmədiyi diqqət göstərilib:

"Amma bir çox iftira, bir sürü böhtan, yalan xəbərlər var. Anadolu Agentliyi burada çox vacib bir iş görür. Yalan fotoları alırlar, həqiqətlərini ortaya qoyurlar. Utanmaz, əxlaqsız, alçaqlar "TSQ Sim Abyadda uşaqlara bunu etdi", “TSQ Resulaynda qadınlara bunu etdi” deyə şəkil qoyurlar, o fotoların biri Vyetnamdan, biri Əfqanıstandan çıxdı. Məhz bu alçaqlara qarşı yalnız meydanda deyil, informasiya müharibələri çərçivəsində də mübarizəmiz intensiv şəkildə davam edir".



Vətəndaşlara zərər verilməsi kimi bir məsələnin əsla söz mövzusu olmayacağını bildirən Milli Müdafiə naziri deyib ki, əməliyyat bölgəsində vətəndaşlara, dini tikililərə, ətraf mühitə, mədəni, tarixi abidələrə zərər verilmir:

“Siz məlum əməliyyatlardan sonrakı Rakkanın, Mosulun, Şərqi Gutanın fotolarına baxın, bir də Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi hərəkat sonrası Afrina baxın, Resulayna, Sim Abyada baxın. Bizim yeganə hədəfimiz terrorçudur".



H.Akar terrorçulara dəstək verən mətbuatda TSQ-nın kimyəvi silahdan istifadə edildiyinə dair iddialar dərc olunub. "Yalan və alçaqcasına xəbərlər yayırlar, kimyəvi maddədən danışırlar. Türk Silahlı Qüvvələrində bir qram kimyəvi silah yoxdur. Nə bunun atma vasitəsi, nə sursatı var. İnventarımızda belə silah yoxdur”, - deyə nazir bildirib.


aia.az



564 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930