Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüşüb
Tarix: 03-10-2019 | Saat: 12:24
Bölmə:Siyasət | çapa göndər
iasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) ABŞ-da səfərdə olan nümayəndə heyəti Nyu-Yorkda yaşayan azərbaycanlılarla görüş keçirib.
Komitədən Trend-ə bildirilib ki, görüşdə onlarla soydaşımız iştirak edib. Tədbiri giriş sözü ilə Komitənin Aparat rəhbəri D.Rəcəbli açıb və sonra DİDK sədrinin birinci müavini V.Hacıyev Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib və bu siyasətin reallaşmasında ABŞ-dakı Azərbaycan diasporunun böyük rola malik olduğunu diqqətə çatdırıb. Eyni zamanda, DİDK-nin son dövrlərdə fəaliyyətini əks etdirən videotəqdimat olub və Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verilib.
Beynəlxalq siyasətin mərkəz nöqtəsi olan Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıların ana vətənlə əlaqələrinin möhkəm olmasının əhəmiyyəti barədə danışılıb.
Qeyd olunub ki, son illər burada yaşayan soydaşlarımızın təşkilatlanması yönündə ciddi addımlar atılıb və bu da artıq öz bəhrəsini verir. Görüşdə diaspor nümayəndələri ilə geniş fikir mübadiləsi aparılıb, onların təklifləri dinlənilib.
Daha sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, Cümhuriyyətin 100 illiyi medalı ilə təltif olunan Tomris Azəri, Zöhrə Şərifi və Əbülfəz Bahaduriyə medallar təqdim olunub. Təltif olunanlar bu yüksək mükafata görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Toplantıda İslam Əməkdaşlıq Təşkilatının BMT- dəki daimi müşahidəçisi və səfir Aqşin Mehdiyev, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov iştirak edib. A.Mehdiyev görüşün əhəmiyyəti barədə danışıb və davamlı olmasının diaspor fəaliyyətinə müsbət təsir edə biləcəyini qeyd edib.
ABŞ-a səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türkiyənin Nyu-Yorkdakı baş konsulu Alper Aktaşla da görüşüb. Görüş zamanı Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyət göstərməsinin əhəmiyyətindən, bu istiqamətdə atılacaq addımların səmərəsindən, bütün Türk dünyasının və Türk dövlətlərinin müştərək əməkdaşlığından geniş danışılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024