Mobil versiya
Deputat cəzaların sərtləşdirilməsini tələb etdi
Tarix: 30-09-2019 | Saat: 13:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat cəzaların sərtləşdirilməsini tələb etdi


"Son günlər gənclər, hətta yeniyetmələr ciblərində bıçaq gəzdirirlər. Bunlar potensial cinayətkardırlar".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nəsib Məhəməliyev deyib.

“Xəbər saytlarına baxanda görürsən ki, müxtəlif bölgələrdə kimin kimisə bıçaqlayıb öldürməsi ilə bağlı məlumatlar yer alır. Heç bir faydalı əməklə məşğul olmaq istəməyən belə gənclər təsadüfən küçədə rastlaşdığı, hətta tanımadığı, savadlı gənci qətlə yetirməklə neçə-neçə insanın faciəsinə səbəb olurlar. Hesab edirəm ki, qanunun operativliyinin təmin edilməsi baxımından bu tipli cinayətlərə görə cəzanın sərtləşdirilməsi zamanın tələbidir”, - deyə deputat vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024