ABŞ nümayəndələri: Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlər var
Tarix: 26-09-2019 | Saat: 10:06
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Amerika Birləşmiş Ştatlarının Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndəsi xanım Arzu Yazd və ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri Castin Berqi qəbul edib.
Agentlikdən aia.az-a verilən məlumata görə, amerikalı qonaqları salamlayan K.İmanov keçən illər ərzində CLDP-nin Agentlik ilə əməkdaşlıqda təşkil edilən bir sıra tədbirlərini xatırladaraq son dövrlər ABŞ nümayəndələri ilə görüşlərin ənənəyə çevrildiyini, bu ənənənin ən əlverişli məqamının isə yaranan problemləri müzakirə etməkdən və onların həllini tapmaqdan ibarət olduğunu vurğulayıb. O, üç ay öncə cənab C.Berq ilə görüşü zamanı müzakirə edilən məsələlərin həll olunması istiqamətində Azərbaycan hökuməti tərəfindən atılmış addımlar haqqında məlumat verərək, əqli mülkiyyət hüquqlarının təminatı sahəsində Agentliyin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıqda fəaliyyət göstərdiyini, ABŞ-ın Microsoft şirkətinin proqram təminatı məhsullarının qorunması üçün artıq bir sıra işlərin görüldüyünü və hazırda Oracle şirkəti ilə də bu sahədə müzakirələrin aparıldığını bildirib.
Agentliyin rəhbəri ABŞ-ın əqli mülkiyyət sahəsində dünyada qabaqcıl təcrübəyə malik mütəxəssisləri ilə ölkəmizdə təcrübə mübadiləsinin aparılmasının, xüsusilə də hakimlər üçün təlimlərin keçirilməsinin əhəmiyyətli olduğunu və bu sahədə əməkdaşlığın genişləndirilməsinə müsbət baxdığını diqqətə çatdırıb.
Qəbul üçün təşəkkürünü bildirən xanım A.Yazd Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlığı yüksək qiymətləndirib. O, yaxın günlərdə hakimlər üçün təlimlərin keçiriləcəyini, bundan əlavə Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişaf etdiyini və bu baxımdan CLDP tərəfindən müəlliflik hüququnun qorunması, lisenziya müqavilələrinin hazırlanması üzrə ölkəmizdə yeni təlimlərin keçirilməsinə hazır olduqlarını, bu sahədə ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) ilə birlikdə fəaliyyət göstərəcəklərini diqqətə çatdırıb.
Cənab müzakirə olunduğunu diqqətə çatdıraraq bu dəfəki görüşdə isə həmin məsələlərin həllindən irəli gələn uğurların müzakirəsi üçün əlverişli imkan yarandığını, ölkəmizdə qısa müddətdə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərin hiss olunduğunu vurğulayıb. O, səmimi qəbul və müzakirə üçün təşəkkürünü bildirib və Agentliyin bu istiqamətdə müsbət işini nəzərə alaraq növbəti görüşdə “Procter & Gamble” şirkətinin üzləşdiyi problemlərin müzakirəsini təklif edib.
K.İmanov əqli mülkiyyət hüquqlarının qorunması sahəsində baş verən bütün problemlərin qarşılıqlı müzakirəsinə hər zaman açıq olduğunu və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə hazır olduğunu bildirib. O, gələcək əməkdaşlıq prioritetləri sırasında hüquqların təminatı, patent axtarış bazalarının genişləndirilməsi, ekspertiza müddətlərinin azaldılması, müəlliflik hüququnun qeydiyyat sisteminin prosedurları və bu qeydiyyatın məhkəmə işlərinin baxılmasında əhəmiyyəti sahəsində ABŞ təcrübəsinin öyrənilməsi olduğunu qeyd edib.
Agentliyin rəhbəri CLDP tərəfindən Azərbaycanda həyata keçirilən təlimləri dəstəklədiyini və gələcəkdə yaradılacaq kommersiya məhkəmələrinin hakimləri üçün də əqli mülkiyyət hüquqlarının qorunması, lisenziya müqavilələrinin hazırlanması və digər sahələr üzrə təlimlərin keçirilməsinin daha müsbət nəticələriin olacağını vurğulayıb.
Görüşdə CLDP-nin regional platformasının yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024