QİÇS – xilas yolu var
Tarix: 20-09-2019 | Saat: 11:17
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
“Antiretrovirus terapiyası bütün dünyada milyonlarla insanın QİÇS-dən qurtulmasına və normal həyata dönməsinə səbəb olub” – bu sözləri ölkə mətbuatına verdiyi müsahibələrin birində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru, ali dərəcəli həkim-terapevt Esmira Alməmmədova deyib. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda məhz bu terapiya QİÇS-ə qarşı əsas müalicə vasitəsi, ən qüvvətli və effektli tədbir hesab edilir. Rəsmi məlumatlara görə, son illər antiretrovirus-terapiya tətbiq olunan xəstələrin sayı durmadan artır və ən əsası da bu müalicə üsulunun tətbiqi nəticəsində QİÇS-lə bağlı ölüm hallarının sayı nəzərə çarpacaq dərəcədə azalıb.
Diaqnostika və epidemioloji nəzarət effektiv şəkildə həyata keçirilir
Əldə olunan nailiyyətlərə baxmayaraq, QİÇS (Qazanılmış İmmunçatışmazlığı Sindromu) epidemiyası hələ də inkişafını davam etdirməkdədir. O cümlədən, bu tendensiya son illər Azərbaycanda da müşahidə olunmaqdadır. Doğrudur, rəsmi statistik məlumatlara əsasən ölkəmiz hələ də İİV-infeksiyasına (İİV-lə yoluxma nəticəsində immun sisteminin getdikcə artan zədələnməsi) yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Lakin yenə də həmin statistik məlumatlara görə, başqa ölkələrdə İİV-lə (İnsanın İmmunçatışmazlığı Virusu) bağlı yeni yoluxma və ölüm halları azalıbsa, Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində belə hallar son bir neçə ildə bir qədər artıb.Vaxtaşırı tibbi müayinədən keçərək yoluxmanın erkən aşkar edilməsi və müalicəyə vaxtında başlanması da insan həyatını qurtara bilər. Elə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) fəaliyyəti də məhz bu istiqamətə yönəldilib.
İnsanın İİV-ə yoluxub-yoluxmamasını aşkar etmək üçün yeganə üsul – xüsusi laborator müayinədən keçməkdir. Bunun üçün RQMM-ə, Naxçıvan QİÇS-lə Mübarizə Mərkəzinə, regional İİV-diaqnostika laboratoriyalarına, yaxud ölkənin hər hansı dövlət tibb müəssisəsinə müraciət edib pulsuz müayinədən keçmək olar. RQMM və onun regional diaqnostik laboratoriyaları beynəlxalq standartlara uyğun təşkil edilib və müasir avadanlıqla təchiz olunub.İİV-infeksiyasının ilkin diaqnostikası RQMM-də və regional laboratoriyalarda həyata keçirilir. İİV-infeksiyasının təsdiqedici diaqnostikası yalnız RQMM-in referens laboratoriyasında aparılır. İİV-ə yoluxması təsdiq olunan insanların bütün sonrakı laborator müayinələri RQMM-də və onun 6 regional laboratoriyasında həyata keçirilir.RQMM həmçinin ölkəmizdə İİV-infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində uğurla fəaliyyət göstərir,infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirir. Qeyd edək ki, 2013-cü ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzinə Esmira xanım Alməmmədova rəhbərlik edir.
Qısa arayış:
Esmira Alməmmədova 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirib. 1982-2006-cı illərdə Semaşko adına 1-nömrəli xəstəxanada həkim-terapevt, xəstəxananın həmkarlar ittifaqı komitəsinin sədri, terapiya şöbəsinin müdiri vəzifəsində işləyib. 1999-cu ildə AR Səhiyyə Nazirliyi tərəfindən ali dərəcəli həkim-terapevt adı verilib. 2006-cı ildən Respublika QİÇS-lə Mübarizə Mərkəzində Ambulator yardım və Dispanser müşahidə şöbəsində həkim, sonradan Mərkəzin direktor müavini vəzifəsində işləyib. 2013-cu ildən isə RQMM-in direktoru vəzifəsində çalışır.
Sağlam həyat tərzi əsas müdafiə vasitəsidir
Bu da məlumdur ki, haqqında danışdığımız epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri, kişi ilə cinsi əlaqədə olan kişilər, transgenderlər və s. arasında yayılmışdır. Məhz bu qrupların HİV infeksiyasına yoluxma riski daha yüksəkdir. Bu isə o deməkdir ki, təsadüfi cinsi əlaqələrdən çəkinməklə yanaşı, ümumiyyətlə zərərli vərdişlərdən uzaq olmaqla QİÇS-ə yoluxma riskini də minimuma endirmək olar.Əhalinin bu qruplarına xüsusi diqqət yetirilməsi QİÇS-lə mübarizədə uğurlu tədbirlərin keçirilməsi üçün həlledici əhəmiyyətə malikdir. Bunun üçün ölkədə “Ford-tranzit” mini avtobuslarında xüsusi ixtisaslaşdırılmış mobil şəbəkələr fəaliyyət göstərir. Hazırda bu tipli 12 məntəqə respublika üzrə müxtəlif marşrutlarda işləyir. Qeyd etmək lazımdır ki, ekspress müayinələrin nəticəsi 20 dəqiqə ərzində müəyyən edilir. Xəstəliyin ağırlığından asılı olmayaraq, virusun aşkar edildiyi bütün xəstələrə müvafiq müayinədən sonra xilasedici antiretrovirus terapiyası təklif olunur. Bunun üçün respublikada antiretrovirus terapiyası mərkəzləri yaradılıb. Hazırda bu mərkəzlər altı administrativ ərazidə – Gəncə, Şirvan, Şəki, Lənkəran və Quba şəhərlərində, eləcə də, Naxçıvandakı Respublika QİÇS mərkəzi bazasındatəşkil edilib.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira xanım Alməmmədova bu fikirdədir ki, bu xəstəliyə yoluxmuş insanların vəziyyəti heç də bir neçə illər bundan əvvəl olduğu kimi ümidsiz deyildir. Onun sözlərinə görə, antiretrovirus terapiyasına davamlı şəkildə riayət edilməsi qanda QİÇS viruslarının səviyyəsinin minimuma endirilməsinə səbəb olacaq. Bununla həmin insan digərləri üçün təhlükə yaratmır. Ən əsası da bu terapiyadan istifadə edən insanlar digərləri kimi sağlam olurlar.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024