Neftçala –meliorativ tədbirlər vaxtında həyata keçirilir
Tarix: 19-09-2019 | Saat: 14:02
Bölmə:Ölkə | çapa göndər
Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi səmərəli fəaliyyətini uğurla davam etdirir
Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. O cümlədən, redaksiyamıza təqdim olunan məlumatlara görə, Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC – su ehtiyatlarının idarə olunmasını peşəkarlara həvalə olunub
Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq istiqamətində üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Həmçinin magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir, kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olurlar. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə seçilən idarələrdən biri də Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala Suvarma Sistemləri İdarəsidır.
Suvarma idarəsinin fəaliyyəti yüksək qiymətləndirilir
Bu xüsusda Neftçalada olan mənbələrimizdən aldığımız məlumatlarda vurğulanır ki, bu rayonun suvarma sistemləri idarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Həmçinin Neftçala Suvarma Sistemləri İdarəsi daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri İdarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Neftçala rayonunda bu ilin may ayında keçirilmiş və 2019-cu ilin birinci rübünün iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə də qeyd olunmuşdu ki,ötən aylar ərzində məhz tələb olunan qədər suvarma kanalları, kollektor-dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında, kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.
Əminliklə demək olar ki, Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsinin kollektivi bundan sonra da öz fəaliyyətini dövlət proqramlarının səmərəli icrasına yönəltməklə, qarşıda duran vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gələcəkdir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər