Mobil versiya
AMEA-nın 7 institutunun direktoru yenidən seçildi
Tarix: 12-09-2019, 17:09 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

AMEA-nın 7 institutunun direktoru yenidən seçildi



AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağında AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib.

Akademiyadan aia.az-a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur.

Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.

Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağında isə Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər.

Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.


aia.az



544 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-09-2019
12-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30