Mobil versiya
Şamaxıda Qasım Qasımov rüzgarı: bir icra başçısının silləsi, o birinin…
Tarix: 01-02-2016 | Saat: 14:34
Bölmə:Gündəm / Seçilənlər-5 / Manşet / Karusel | çapa göndər

Şamaxıda Qasım Qasımov rüzgarı: bir icra başçısının silləsi, o birinin…

İllərdir ki, əksər rayonların icra hakimiyyəti başçıları idarəçiiyi özlərinin birinci müavinlərinə tapşıraraq, vəzifə səfası sürdürürlər. Fürsətçil birinci müavinlər isə heç vaxt başçı ola bilməyəcəklərini düşünərək, “beş günün bəyliyi” prinsipi ilə rayonda sözün əsl mənasında at oynadırlar.

Şamaxı rayonu da yuxarıda qeyd olunan faktlardan xali deyil. Paytaxta digər rayonlardan məsafəcə daha yaxın olmasına baxmayaraq, icra başçısı rayonu gözdən və könüldən uzaq tuta bilir. Əgər belə olmasaydı Şamaxıda İcra hakimiyyəti başçısının 1-ci müavini Qasım Qasımov rüzgarı əsməzdi. PA rəhbərinin müavini Zeynal Nağdəliyevlə tələbə yoldaşı olan Qasım Qasımov haqda rayondan cumhuriyyet.net-ə daxil olan məlumatda bildirilir ki, bu şəxs demək olar ki, Şamaxının şəriksiz sahibidir. Əvvələr Sahibkarlar partiyasında sədr müavin olan 1-ci müavin Şamaxı kimi qədim ənənəyə sahib olan rayonu öz qanunları ilə idarə edir.
Özünə tam tabe etdirdiyi adamları rayondakı əsas postlara təyin etdirərək istədiyini diqtə edən Qasım Qasımov bu yaxınlarda daha bir orjinal işə öz dəsti – xəttini qoyub. Bununla bağlı cumhuriyyet.net-ə daxil olan məlumata görə, əslən Şamaxıdan olan Maliyyə Nazirliyinin yüksək vəzifəli bir əməkdaş üçün kəndlinin münbit pay torpağında şadlıq evinin tikilməsi üçün icazə sərəncamı imzalatdırılıb. Həmin ərazinin kimə məxsus olması və kimə satılması ilə bağlı əlimizdə konkret şəxslərin adları və ərazinin fotoları da var. Nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz kimi ölkə iqtisadiyyatı böhran mərhələsindədir, insanların ərzaqla, əsasən də buğda ilə təmin olunmasında ciddi problemlərin yarandığı anonsu verilir, dövlət başçısı mütəmadi olaraq kənd təsərrüfatnın inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı göstərişlər verir, Şamaxı rayon icra hakimiyyəti başçısını 1-ci müavini Qasım Qasımov isə münbit ərazidə şadlıq evini tikilməsinə yaşıl işıq yandırır.

Əslində hüquqi məsuliyyətin icra başçısı Asif Ağayevdə olduğunu əla bilən Q.Qasımov bir müddət əvvəl Şamaxı rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Məmmədovla da məhz bu əməllərinə görə yola getmirdi. Hətta o zaman sabiq icra başçısının 1-ci müavini Qasım Qasımovu döyməsi faktı belə mətbuatın gündəminə gəlmişdi. Belə ki, Şamaxının mərkəzindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yeni tikilməkdə olan “Koroğlu” meydanına gələn sabiq icra başçısı Asif Məmmədov ərazidə gedən təmir-bərpa işlərinin gedişi zamanı verilmiş tikinti tapşırıqlarının yarıtmaz olduğundan əsəbiləşərək Q. Qasımova ciddi iradını bildirib. Lakin başçının iradlarını və sərt sözlərini qəbul etməyən Q.Qasımov ona cavab qaytarıb. Elə bu vaxt A.Məmmədovun şapalağından Q.Qasımovun “şapka”sı və eynəyi yerə düşüb. Görünən odur ki, PA-dakı tələbə yoldaşına qədərindən artıq arxayın olan Q.Qasımovdan ehtiyat edən Şamaxı rayon İcra Hakmiyyətinin başçısı A.Ağayev də 1-ci müavini ilə korrekt davranmağa daha çox üstünlük verir. Əgər belə olmasaydı rayonun mərkəzi küçəsindən başqa yalnız Q.Qasımovun yaşadığı küçənin asfalt örtüyünü yeniləməzdi.

Şamaxı rayonundan məlumat verən mənbə daha bir maraqlı faktı da qeyd etdi. Belə ki, rayondakı dövlət müəssisələrinə verilən inventarların dəyəri müvafiq tapşırığa əsasən bir neçə dəfə artırılır. Məktəb direktorları üçün nəzərdə tutulan kreslolar 600 manat, nə qədər təəccüblü olsa da xadimələrin istifadə etdiyi vedrələr isə 11 manat dəyərində qiymətləndirilib. Mənbə onu da qeyd etdi ki, seçki öncəsi DSK-lara veilən stullar da dəyərindən 3 dəfə baha – 45 manat civarında qiymətləndirilmişdir. Halbuki paytaxtın Sədərək bazarı adlanan ticarət mərkəzində həmin stullar 15 manata satılırmış. Və bu faktlardan məlum olur ki, dövlət büdcəsinə, əyalət insanına məqsədli münasibətin kökündə sadəcə şəxsi maraq, var-dövlət hərisliyi dururmuş. Hesab edirik ki, dövlət başçısı bu kimi məsələlərə ən qısa zamanda məhz huququn verdiyi imkanlar çərçivəsində münasibət bildirəcəkdir. Əks halda vəziyyətin ürək açan səviyyədə olmadığı göz önündədir. İnanırıq ki, cənab Zeynal Nağdəliyev tələbə yoldaşı Qasım Qasımova nə vaxtsa dur deyəcək.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.

Mövzuya qayıdacağıq.

cumhuriyyet.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə