Milli Məclisdə erməni qohumlu deputat: Cəbrayılov özü təkzib etmədi - VİDEOFAKT
Tarix: 01-02-2016 | Saat: 14:30
Bölmə:Gündəm / Seçilənlər-6 / Karusel | çapa göndər
Son günlər baş verənlər Azərbaycan parlamentində mandat sahibi olanları bir daha saf-çürük etməyə əsas verir. Belə ki, vətəndaşların üzləşdiyi problemlər, məmur özbaşınalıqlarına xalqdan səs aldığını iddia edən deputatlardan heç bir reaksiya verilmir. Əksinə bəzi deputatlar haqda şok iddialar səsləndirilir. Bu sırada isə ön cərgədə olan şəxs 46 saylı Şirvan şəhər Seçki Dairəsindən mandat sahibi olmuş Rəfael Cəbrayılovdur.
Son günlər R.Cəbrayılovun adı müxtəlif dələduzluq olaylarında hallanıb. Biz cumhuriyyet.az olaraq “Rafael Cəbrayılov macəraları: erməni qohumluğu, mandat alveri, dələduzluq və …” başlıqlı yazımızda bu barədə ətraflı bəhs etmişik. Bildirək ki, indi parlamentdə təmsil olunan bu şəxs haqda səsləndirilən iddiaları uzun müddət cavabsız buraxıb. Yalnız Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin açıqlaması deputatı yerindən oynadıb. Rafael Cəbrayılov saytları hədələyıb, Hafiz Hacıyevə “kloun” deyib, amma arvadının erməni olması iddiasına cavab verməyib. Xatırladaq ki, azərbaycan parlamentinin üzvü olan bu şəxsin erməni qohumluğu haqda hələ ötən il xəbər portallarında məlumatlar yer almışdı. Bununla bağlı cumhuriyyet.az olaraq xeyli məlumatlara rast gəlsək də deputatın hər hansı bir reaksiyası və ya təkzibini görmədik. Məsələn, millixeber.com saytında yazılır: “Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir. Belə ki, Əhmədovanın erməni qızı olan anası ilə Rəfael Cəbrayılovun həyat yoldaşının qohumluq əlaqələri vardır. Artıq hamıya məlumdur ki, R.Cəbrayılovun da arvadı erməni qızıdır və faktiki olaraq, oğulluğa götürdüyü oğlu baldızının oğludur. Baldızı isə Rusiyada erməni əri ilə yaşayır”.
Yuxarıda da deyildiyi kimi, R.Cəbrayılovun erməni qohumluğu haqda iddialar lap bu günlərdə növbəti dəfə H.Hacəyev tərəfindən səsləndirilib. Yenicag.az-da dərc olunan müsahibədən bir hissəni və bolgexeber.tv-nin bununla bağlı hazırladığı video süjeti diqqətinizə çatdırırıq:
– Mətbuatda sənədlər dərc olunub. Rəsmi sənədlərlə göstərilir ki, Eldar Mahmudovun dəstəsində olan deputatlar, konkret Rəfael Cəbrayılov onunla və Çingiz Əsədullayevlə birgə tikinti biznesilə məşğuldur. Mətbuatın yazdığına görə, Rəfael Cəbrayılov Məlahət Qurbanova adlı bir sahibkar xanımı aldadaraq ondan 300 min manat alıb, belədə onu iflas həddinə çatdırıb. Millət vəkilini belə bir çirkin əməllərə bulaşmaq yaraşarmı, belə bir şəxsin Milli Məclisdə oturması nə qədər doğrudur?
– Rəfael Cəbrayılovun gərək vicdanı olsun. Qadını aldatmaq olmaz. İnsan vəzifəsindən sui-istifadə etməz. Vəzifəsindən sui-istifadə edən belə insanlar üçün Cinayət Məcəlləsində cəzanı nəzərdə tutan maddələr var. Ona qarşı bu maddələr tətbiq olunmalıdır. R. Cəbrayılov kimiləri vəzifəsindən sui-istifadə edərək milləti aldadıblar. Nəinki deputatlar, nazirlər, komitə sədrləri milləti genefonduna qədər məhv ediblər. R. Cəbrayılovu deputat olaraq tanımıram. Bizlər dövlətin müstəqilliyini qoruyanda R. Cəbrayılovlar haralara işləyirdilər? Qadını aldatdığına görə onun vicdanı yoxdur. Görünür, arxasında duranlar da var. Ölkədə kadr və hüquqi sahədə ciddi islahatlar getməlidir. Müstəqil məhkəmə olmalıdır ki, hər şey qanun çərçivəsində öz həllini tapsın. Amma indilikdə bunun əksini görürük. Bu kimi deputatlarda arxayınlıq yaranıb, düşünürlər ki, onlara heç nə edə bilməzlər. Amma yanılırlar, zaman gələr onlardan bütün bunlar tələb olunacaq. Hər halda hər şeyin bir axırı var.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024