Mobil versiya
İran qadınları hicabı çıxarırlar
Tarix: 18-06-2015 | Saat: 20:38
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


“Mənim gizli azadlığım”.

Hicab geyinmək məsələsi İranda mühüm ictimai müzakirə mövzusu olaraq qalır. Bunun sübutu İran qadınlarına başında örtük olmadan şəkillərini yerləşdirməyi təklif edən Facebook qrupunun uğurudur.

Aia.az BBC-yə istinadən xəbər verir ki, bu qrupu 2014-cü ilin mayında İrandan olan jurnalist Masih Əlinecat yaradıb, həmin dövrdə o, Londonda yaşayırdı.

İdeya ondan ibarət idi ki, qrupda istəyən hər kəs baş örtüyü olmayan fotoşəklini yerləşdirə bilərdi.

“Mənim gizli azadlığım” hərəkat qrupu Facebook-da mövcud olduğu 1 il ərzində 830 izləyici toplayıb.

Əlinecatın sözlərinə görə, spamlar da düşür, bəzən isə xoşagəlməz rəylər yazılır.

Hal-hazırda ABŞ-da yaşayan Əlinecat bu xoşagəlməz rəylərin İran xüsusi xidmətləri əməkdaşlarının işi olmasını istisna etmir.

“Qadınlar hicabsız şəkil və videolarını göndərməyə davam edirlər, axı bu onların eşidilmələri üçün yeganə üsuldur”, - qrupun təsisçisi jurnalist iddia edir.

35 il bundan öncə İslam inqilabı dövründən İranda qadınlara evlərini baş örtükləri olmadan tərk etmək qadağan edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə