Mobil versiya
İsrailli merlər Azərbaycana gəlir
Tarix: 26-08-2019, 15:04 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

İsrailli merlər Azərbaycana gəlir


İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ("Azİz") payızda bir sıra İsrail şəhərlərinin merləri və mer müavinlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini planlaşdırır.

Bu haqda Oxu.Az-a "Azİz"in baş direktoru Lev Spivak məlumat verib.

"Azİz" ikitərəfli əlaqələrin inkişafı məsələlərinin, eləcə də "qardaşlaşmış şəhərlər" layihəsinin müzakirəsi üçün bir sıra İsrail şəhərlərinin merlərinin Azərbaycana səfərini hazırlayır", - deyə o qeyd edib.

L.Spivakın sözlərinə əsasən, 15-dən çox üzvü olan İsrail nümayəndə heyətinin səfəri sentyabrın 29-dan oktyabrın 6-dək davam edəcək.

Səfərin proqramı çərçivəsində İsrail merləri Azərbaycanın paytaxtını və müxtəlif rayonlarını ziyarət edəcəklər.

Hazırda Mingəçevir və Asula, eləcə də İsmayıllı və Kiryat-Bilik qardaşlaşmış şəhərlər siyahısındadır.


aia.az



596 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930