Mobil versiya
Goranboyda qəza - 3 nəfər xəsarət aldı, biri 2 aylıq körpədir
Tarix: 26-08-2019 | Saat: 10:59
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Goranboyda qəza -


Ötən gün Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə saat 16:00 radələrində rayonun Şahməmməd kəndi ərazisində qeydə alınıb. Tərtər rayonundan Gəncəyə gedən minik avtomobilinin yolda digər maşınla toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan Təcili Tibbi Yardım briqası ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, onlar Rusiya vətəndaşı - 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı sol bud sümüyünün sınığı, döş qəfəsinin küt travması, sürücü - 1972-ci il təvəllüdlü Niftəliyev Talış döş qəfəsinin küt travması və 2 aylıq körpə Cəfərli Məryəm Orxan qızı başından yüngül travma alıb.

Xəstəxanadan bildirilib ki, M.Dinara öncə şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. O, ilkin tibbi tədbirlərdən sonra şok vəziyyətdindən çıxarılıb, daha sonra xəstənin yaxınları onu Gəncə şəhərinə aparıblar. Digər xəsarət alanlar da Gəncəyə göndəriliblər.


aoaaz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə