Mobil versiya
9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR - CİNAYƏT İŞİ AÇILDI
Tarix: 23-08-2019, 14:55 | Saat: 15:47:00
Bölmə:Manşet / Hadisə | çapa göndər

9 yaşlı övladını zəncirləyən anadan XƏBƏR VAR


Ötən gün qeydə alınan hadisə təbii ki, çoxlarını sarsıtdı. Valideyni söyən də oldu, o ananın ümumiyyətlə övladından məhrum edilməli olduğunu deyən də. Əlbəttə, məsələyə hər kəsin fərdi baxış tərzi var.

aia.az ARB TV-yə istinadən bildirir ki, psixoloqlara görə, bu kimi hallarda ilk növbədə valideynin psixoloji durumu yoxlanılmalıdır.

Vəfa Əkbər - psixoloq: "Burada birbaşa olaraq valideynin problemi var. Birinci valideyn müayinə olmalıdır. Belə himayəçilər, insanlar mütləq şəkildə psixoloji konsultasiyadan keçməlidir".

Dünyanın bir sıra ölkələrində valideyni tərəfindən şiddət görən uşaq ondan ailəsindən alınaraq sosial sığınacağa yerləşdirilir. Və valideynə o halda qaytarılır ki, onun psixoloji vəziyyəti, uşağa baxmaq imkanları və digər tələblər qənaətbəxş olsun. Bizdə isə vəziyyət fərqlidir. "Azərbaycan uşaqları ictimai birliyinin" sədri Kəmalə Ağazadə deyir ki, bizdə əksər hallarda uşağı valideynə qaytarmaq ehtimalı az olur. Bunun səbəbinə gəlincə...

Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: "Ailə, valideynlərlə proflaktik söhbətlər aparılır, iş aparılır, onlara xəbərdarlıq edilir. Bu konkret fakt cinayətdir. Əgər uşağa psixoloji təzyiq göstərilirsə onda valideynlər psixoloqa yönəldilir və valideyn hazır olduqda uşaq qaytarılır, amma bu hadisədə uşağın qaytarılması yalnışdır".

Sakin: "Bizim də qurumlar alırlar təhvil verirlər. Bəli, mən onun tam tərəfdarıyam".

Sakin: "Deməli onun valideynin özü normal deyil, xəstədir. Ona görə də belə bir yeni cəmiyyət formalaşdırmaq lazımdır, ailələrdən o uşağı almaq".

Rahil Süleymanzadə - AQUPÜDK-nın təminat şöbəsinin baş məsləhətçisi: "Ana valideynlik hüququndan məhrum ola bilər və uşğı daimi olaraq dövlət öz himayəsinə götürür".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, ictimai təhlükəsizliyin qorunması hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Biz hər birimiz polisin fəaliyyətinin genişlənməsinə fayda verməklə yanaşı, eyni zamanda sosial-neqativ halların polisə məlumatlandırılması ilə bağlı üzərimizə düşən vətəndaşlıq mövqeyini nümayiş etdirməliyik".

Qeyd edək ki, işə gedərkən 9 yaşlı övladını pəncərənin dəmir barmaqlığına zəncirləyən ana barəsində cinayət işi açılıb. Uşaq isə sosial sığınacağa təhvil verilib.

aia.az



5159 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30