Mobil versiya
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
Tarix: 9-08-2019, 13:50 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək


“Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı münasibəti ilə 12 və 13 avqust 2019-cu il tarixinlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumdan aia.az-a verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək.

Bundan başqa 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti dəgücləndiriləcək. Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq. “Azəriqaz” İB bütün Azərbaycan Xalqını Qurban bayramı münasibətilə təbrik edir!


aia.az



552 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031