Mobil versiya
Yevlaxda 1 tondan artıq çətənə kolu aşkarlanıb
Tarix: 06-08-2019 | Saat: 15:58
Bölmə:Cəmiyyət | çapa göndər

Yevlaxda 1 tondan artıq çətənə kolu aşkarlanıb


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Qaraoğlan kənd sakini Rəşid Məmmədov saxlanılıb.

Məmmədovun kənd qəbiristanlığının yaxınlığındakı 0,05 hektar torpaq sahəsini zəbt edərək həmin ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi ümumi çəkisi 1 ton 152 kiloqram olan 192 çətənə kolu aşkarlanaraq götürülüb. Həmçinin ərazidə axtarış zamanı oradan əlavə olaraq 605 qram qurudulmuş marixuana da aşkarlanıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024