Mobil versiya
Elmar Məmmədyarov Abraham Kuperi qəbul etdi
Tarix: 26-01-2016 | Saat: 21:57
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


XİN məlumat yaydı.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Los Ancelesdə yerləşən Simon Visental Mərkəzinin nümayəndəsi ravvin Abraham Kuperi qəbul edib.

Aia.az XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb.

O, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyətinə malik olduğunu qeyd edərək, multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb və ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqun qlobal səviyyədə təşviqi məqsədilə bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Ravvin Abraham Kuper ölkəmizlə ilk tanışlığının 1972-ci ilə təsadüf etdiyini bildirərək, Azərbaycana yenidən səfər etməsindən məmnunluğunu ifadə edib. O, ötən dövr ərzində ölkəmizin sürətli inkişafa nail olduğunu qeyd edərək, Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin nümunəvi xarakter daşıdığını vurğulayıb. Ravvin Abraham Kuper ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin olunmasını, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasını yüksək qiymətləndirərək bu barədə ABŞ və eləcə də dünya ictimaiyyətinin məlumatlandırılmasının zəruriliyini diqqətə çatdırıb.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024