Mobil versiya
Əli Əkbər Vilayəti: Azərbaycana kömək etmək İranın borcudur
Tarix: 25-01-2016 | Saat: 20:31
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


“Bəzi azərbaycanlılar hökumətin xəbəri olmadan İŞİD-ə qoşulublar”.

İslam Respublikasının borcudur ki, İranla mədəni, dini və tarixi oxşarlığı olan Azərbaycana kömək etsin və onunla əməkdaşlığı gücləndirsin.

Bu sözləri İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri, Məsləhət Şurasının Baş Asambeleyasının üzvi Əli Əkbər Vilayəti APA-nın İran bürosuna açıqlamasında deyib. O bildirib ki, hər iki ölkə dost və qardaş ölkələrdir:

“Mən düşünürəm ki, Azərbaycan və İranın arasında əlaqələr daha da inkişaf etdirilməlidir. Xarici işlər naziri işlədiyim dövrdə mərhum prezident Heydər Əliyev və Azərbaycanla əlaqələrimiz çox yaxşı səviyyədə idi. İndi də əlaqələr yüksələn xətt üzrə davam edir. O vaxtkı prezident Ayətullah Haşimi Rəfsəncani dost, müsəlman və qonşu ölkəyə hər cür yardım edirdi”.

Ə. Ə. Vilayəti təəssüflə vurğulayıb ki, Azərbaycandan bəzi adamlar hökumətin icazəsi və xəbəri olmadan İŞİD terror qruplaşmasına qoşulub: “Bunlar öz ölkələrinə qayıdanda əhalisinin böyük əksəriyyətini şiələr təşkil edən Azərbaycan üçün təhlükə yaradacaqlar”.

Vilayəti qeyd edib ki, təkfirçi və ifratçı hərəkatlara nəzarəti artırmaq və Azərbaycana bu sahədə yardımlar etmək məqsədilə İran və Azərbaycan rəsmiləri arasında danışıqlar aparılıb.

Qeyd edək ki, ötən həftənin sonunda Qumda ifratçı və təkfirçi hərəkatlarla mübarizə konqresi keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2024