İlham Əliyev: “Çinlə iqtisadi əməkdaşlıq uğurla inkişaf edir”
Tarix: 23-07-2019 | Saat: 15:21
Bölmə:Manşet / Siyasət | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.
Azvision.az xəbər verir ki, səfir Qo Min fəxri qarovul dəstəsinin qarşısından keçdi. Xanım Qo Min etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Prezident İlham Əliyev Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafında rolunu qeyd etdi. Bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə səfərini xatırlayan Prezident İlham Əliyev bu səfər zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünün ölkələrimizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha göstərdiyini qeyd etdi.
Dövlətimizin başçısı bu səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev, eyni zamanda, 2015-ci ildə Çin Xalq Respublikasına dövlət səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Çinin iqtisadi əməkdaşlığı uğurla inkişaf edir və bu baxımdan bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarlının gəlməsi nəqliyyat sahəsində əlaqələrin yaxşı perspektivlərə malik olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Çindən Azərbaycana gələn turistlərin sayının artması da əlaqələrin inkişaf etməsinin yaxşı göstəricisidir.
Səfir Qo Min, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Qo Min ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğu bir dövrdə Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu dedi. Səfirlik fəaliyyəti dövründə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə əldə olunmuş mühüm razılaşmaların reallaşdırılması istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
Səfir mühüm məsələlərlə bağlı ölkələrimizin bir-birini dəstəkləməsini münasibətlərimizin inkişaflının mühüm göstəricisi kimi dəyərləndirdi. Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Qo Min respublikamıza Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bundan sonra da uğurlu inkişaf arzuladı. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş etdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024