Gürcüstandan “Keşikçidağ mübahisəsi”ni həll etmək üçün maraqlı TƏKLİF
Tarix: 17-07-2019 | Saat: 11:39
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Məsələnin həlli – sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır”.
Modern.az xəbər verir ki, bu barədə “Artparalel” teleradio-prodüser mərkəzinin direktoru, “Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzi”nin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilava Keşikçidağı ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Təəssüf doğuracaq insidentdir. Qısa desək, mövzu çox həssasdır və onu incəliklə həll etmək lazımdır. Xüsusən də, hadisənin iki dost ölkə, strateji tərəfdaş arasında baş verdiyini nəzərə almalıyıq. Aydındır ki, David Qareci monastırının bir hissəsi Gürcüstan, digər hissəsi Azərbaycan ərazisində yerləşir. Dindarların dua etmək, turistlərin isə gəzmək niyyəti başa düşüləndir. Burda nə sərhədi bağlamaq, nə də cavab olaraq qarşı tərəfin haray-həşir salması yersizdir. Məsələnin həlli – sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır. İstənilən halda, burda ilk kimin yaşadığını müəyyən etmək, kimin sonradan gəldiyini müəyyən etmək orta əsrlərə geri dönüş üçün addım olacaq və nə Gürcüstan, nə də Azərbaycan üçün heç bir nəticə verməyəcək".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024