Mobil versiya
Azərbaycanda 197 hektar ərazi yandı – BU GECƏ
Tarix: 05-07-2015 | Saat: 15:49
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər

Azərbaycanda 197 hektar ərazi yandı – BU GECƏ


Əsasən taxıl sahələri yanğına məruz qalıb

Azərbaycanın müxtəlif ərazilərində əkin sahələrində yanğınlar qeydə alınıb. Aia.az Fövqəladə Hallar Nazirliyinin saytına istnadən xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar hadisə Beyləqan rayonunda da qeydə alınıb. İkinci Şahsevən kəndində 20 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 00:44-də söndürülüb.

Beyləqan rayonu, Haramı düzündə də bu gecə güclü yanğın olub. “CROWN CO” MMC-yə məxsus ərazidə 40 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın isə Beyləqan rayonunun qonşuluğundakı Füzuli rayonunda baş verib. Şükürbəyli kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 25 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 03:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gecə Saatlı rayonu, Azadkənd kəndində də taxıl sahəsi yanıb. Vətəndaşa məxsus ümumi sahəsi 5 ha biçilməmiş taxıl sahəsi və digər vətəndaşa məxsus 7 ha biçilmiş taxıl sahəsini alov bürüyüb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub. Yanğın saat 04:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024