Mobil versiya
“Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdi” - Deputatlar Konqresin qərarını ŞƏRH ETDİ
Tarix: 16-07-2019 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

“Ermənilər görəcəklər ki, bu bekar söhbətlərdi” -


ABŞ Konqresi son günlər erməni diasporuna yaxınlığı ilə tanınan konqresmenlərin təsiri ilə Qarabağ münaqişəsinə aid 2 düzəliş qəbul edib. Verilən qərarlar ABŞ-ın Azərbaycana silah satmasına məhdudiyyətlər qoyur və Qarabağda münaqişə zonasında atəşkəs rejiminin pozulmasını fiksasiya edəcək lokatorların quraşdırılmasını nəzərdə tutur.



Milli Məclisin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında Konqresdə Azərbaycana qarşı verilən qərarların cəfəngdən ibarət olduğunu bildirdi.

“Təəssüflər olsun ki, Konqresdə bəzən səsvermədə məntiqə sığmayan qərarlar verirlər. Ümumiyyətlə Azərbaycana ABŞ silah satmır ki, o silaha qadağa qoysun. İkincisi, bizim erməni təyyarələrini vurmaq üçün “xirtdəyə qədər” S-300-dən tutmuş, İsrailin çox müasir sistemlərinə qədər silahımız var. Yəni bizim ermənilərin havada fəaliyyətini kəsmək üçün ABŞ-dan nə isə almağa heç bir ehtiyacımız yoxdur. Sadəcə olaraq ermənilərin “xoşuna gəlmək” üçün cəfəng qərarlar verirlər. O ki, qaldı lakatorlara – onları Azərbaycan ərazisində Azərbaycandan icazə almadan yerləşdirəcəklər? Və bu da cəfəng bir qərardı. Faktiki olaraq, ABŞ heç bir xərc çəkmədən erməni lobbisinə qucaq açır.



Deputat ABŞ-ın Ermənustana maliyyə yardımını artırmasına da toxunub.

“Orda ayrı təklif də var idi. Amerikanın Ermənistana maliyyə yardımını 45 milyon dollar artırması ilə bağlı məsələ də danışılmışdı. Bunun da arxasında nəsə durur. Amma hazırda Trump adminstrasiyası bütün bu yardımları kəsib. Hələ heç bir təminat yoxdur ki, bu təklif büdcədə qalacaq. Ələxsus da yardım köçəndə bunun Ağ Ev adminstrasiya tərəfindən həyata keçirilməsi məsələsi var. Qarabağ separatçılarına da 5 milyon dollar vəsait ayrılırdı lakin dövlət departamenti tərəfindən vəsaitin xərclənməsinə yasaq qoyuldu. Ona görə Konqresin bu qərarını çox da şişirməyə dəyməz. Ermənilər də bu mövzunu danışıb görəcəklər ki, bu olduqca “bekar” söhbətlərdir.



Deputat Araz Əlizadə isə açıqlamasında bildirdi ki, ABŞ Azərbaycanın heç vaxt dostu olmayıb və olmayacaq.

“ABŞ ümumiyyətlə heç kəslə dost deyil, ancaq öz maraqlarını güdür. O ki, qaldı ermənilərə, ABŞ konqresində 2 milyon yarım mütəşəkkil erməni diaspor qüvvəsi var. Nə demokrat, nə respublikaçılar, nə Trumpı ABŞ-da itirmək istəmirlər. Belə deyək, adətən “it quyrğu ilə oynayar”, burda isə “quyruq it ilə oynayır”. Bu həm də bizim Azərbaycandakı amerikapərəst qüvvələrə yaxşı bir mesajdır ki, əzizlərim, “heç vaxt Roma papasından çox katolik ola bilməyəcəksiz”. Yəni qanınızı da, canınızı da satsanız, siz yenə də Amerika üçün heç nə olacaqsız, necə ki, varsız”.



Deputat Fazil Mustafayev qeyd edib ki, bu bir başa erməni lobbiləri tərəfindən Amerika Konqresində Azərbaycana qoyulan məhdudiyyətdir.

“Əvvəllər, Azərbaycana başqa məhdudiyyətlər də qoyulmuşdu, amma onun da bir effekti olmamışdı. Mənim fikrimcə, Azərbaycan öz yoluna baxmalıdır. Əslində ABŞ-ın dövlət siyasətinə istənilən ünsürlər təsir göstərə bilirlər, öz maraqlarını Amerika adından gerçəkləşdirə bilirlər. Ona görə də bu bizi çox narahat eləmir. Və biz onsuz da öz hüquqlarımızın, işğalda olan torpaqlarımızın azad olunması və müdafiəsi istiqamətində addımlarımızı özümüz atırıq. Ona görə də bunun elə bir effekti olacağını düşünmürəm. Bu yanlış siyasətdir və düşünürəm ki, Amerika adına utancverici bir addımdır. Çünki işğal olunmuş dövləti işğalçının ayağına vermək biyabırçılıqdır”.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024